Ukraynada su təchizatı xidmətlərinin qiyməti 2026-cı ilin oktyabrında ötən ilin eyni dövrü ilə müqayisədə 106,5% bahalaşıb.
Sherg.az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Statistika Xidmətinin məlumatında bildirilir.
Rəsmi statistikaya əsasən, son bir ildə digər kommunal xidmətlərin qiymətlərində də artım qeydə alınıb. Belə ki, kanalizasiya xidmətləri 99,3%, məişət tullantılarının daşınması və yığışdırılması isə 19,5% bahalaşıb.
Bundan başqa, telekommunikasiya sektorunda da qiymət artımı müşahidə olunub. İnternet, mobil rabitə və poçt xidmətlərinin qiyməti son bir ildə 16,1% yüksəlib.
Qeyd edək ki, bundan əvvəl Kiyevdə qarşıdan gələn qışın ciddi çətinliklərlə müşayiət oluna biləcəyi barədə xəbərdarlıq edilib. Ən pis ssenaridə şəhərin su, kanalizasiya, elektrik və istilik təchizatının yalnız kritik infrastruktur üçün təmin edilə biləcəyi bildirilib.