Putin tərəddüd içində: Qisas əməliyyatı niyə gecikir?
Yusif Nəzərli
07:12 10.06.2025
Dünya
279
Ukraynanın iyunun 1-də Rusiya aerodromlarına hücumundan və çoxsaylı bombardmançı təyyarələrin məhv edilməsindən sonra Kiyev Moskvanın müvafiq addımlarına hazırlaşır. Amma Rusiyanın bunu edib-etməyəcəyinə dair suallar var.
Teleqraf xəbər verir ki, bu barədə CNN-nin analitik materialında deyilir.
Amerikalı analitiklərin fikrincə, Rusiyanın cavab addımlarını məhdudlaşdıran bir neçə amilər var, bunlardan birincisi siyasidir.
“Hörümçək toru” əməliyyatına genişmiqyaslı cavabın verilməsi Ukraynanın Rusiyaya ciddi zərbə vurduğunu etiraf etməyə bərabər olardı. Kreml bundan qaçır”, - ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun Rusiya üzrə eksperti Katerina Stepanenko deyib.
CNN əlavə edir ki, Rusiya lideri Vladimir Putin də maddi məhdudiyyətlərlə üzləşib.
“Rusiyanın öz hərbi gücündən müharibədə davamlı istifadə etməsi, onun cavab imkanlarını məhdudlaşdırır”, - NATO-nun keçmiş zabiti Uilyam Alberk bildirib.
Həmçinin bəzi rusiyalı siyasilər Putinin ötən il təqdim etdiyi və indiyədək Ukraynaya qarşı yalnız bir dəfə istifadə edilmiş “Oreşnik” ballistik raketindən istifadə edərək zərbə endirməyə çağırıblar. Amma analitik Mark Qaleottiyə görə, Putin tez-tez yeni raketini tərifləsə də, bunların sayı məhduddur. Amma onun fikrincə, “Oreşnik”in sayı məhdud olsa da, Rusiya bununla “Hörümçək toru” əməliyyatına rəhbərlik etmiş Ukrayna Təhlükəsizlik Xidmətini hədəfə ala bilər: “Bu da tezliklə həyata keçirilə biləcək bir şey deyil. Putin artıq ixtiyarında olan eskalasiya rıçaqlarının çoxundan istifadə edib, bu isə o deməkdir ki, onun cəza tətbiq etmək imkanı yoxdur”.
Xatırladaq ki, Ukrayna Milli Təhlükəsizlik Xidmətinin iyunun 1-də keçirdiyi “Hörümçək toru” adlı əməliyyat nəticəsində 41 Rusiya təyyarəsi, o cümlədən A-50, Tu-95, Tu-22 M3 və Tu-160 vurulub. Bu əməliyyat ilyarımdan çox müddətə hazırlanıb. Ukrayna PUA-ları eyni anda Rusiyanın 4 hərbi aerodromunda - Belaya, Dyaqilevo, Olenya və İvanovodakı hədəflərə hücum edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə regionda yeni təhlükəsizlik xəritəsi formalaşdırır - ŞƏRH
18:00 06.08.2026
Gündəm
Qaqik Tsarukyana qarşı yeni ittihamlar irəli sürülüb
15:57 06.08.2026
Region
Tramp Ukraynanı arxa plana atıb - Maksim Yali
15:49 06.08.2026
Gündəm
Telefonla keçən yay uşağın beynini bərpa etmir - Psixoloq
15:49 06.08.2026
Elm və Təhsil
Ərdoğan Dövlət Baxçalı ilə görüşdü
15:34 06.08.2026
Gündəm
Putin bütün qırmızı xətləri keçib - Ukraynalı diplomat
15:22 06.08.2026
Gündəm
Ceyhun Bayramov İrpen şəhərinə gedib
14:52 06.08.2026
Gündəm
Hörmüz boğazı açıla bilər - Pakistanlı analitik
14:26 06.08.2026
Gündəm
Qarabağa səfər edən Türkiyə nümayəndə heyəti bəyanat qəbul edib
14:16 06.08.2026
Gündəm
Bakı milli maraqları Kremlin maraqlarından üstün tutur - ŞƏRH
14:13 06.08.2026
Gündəm
Türkiyədə 1800 illik şəfa rəmzi olan nəhəng heykəl aşkarlanıb
14:12 06.08.2026
Maraqlı