
Beynəlxalq aləmdə ikili standartlar: Qarabağın minadan təmizlənməsi üçün dəstək ayrılmır
Yusif Nəzərli
13:02 07.04.2025
Hərbi
398
Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib. Məlumatda qeyd olunub ki, bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb.
Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin təcililiyini tanımağa, Azərbaycanın davam edən minatəmizləmə səylərində onunla birgə olmağa, həmçinin günahsız insanların həyatını təhlükə altına almağa və münaqişədən sonrakı bərpa işlərinə maneə törətməyə davam edən Ermənistanı məqsədyönlü və geniş yayılmış mina çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq.
Hərbi ekspert Emil Həsənli “Sherg.az”a bildirib ki, Ermənistan beynəlxalq hüquqla ən ağır cinayətləri törədib:

“Onların həyata keçirdiyi işğalçılıq, soyqrım və separatizm kimi cinayətlərə beynəlxalq aləm lazım olan reaksiyanı vermir. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilməyib. 2020-ci ildən sonra isə 392 nəfərin mina terroruna qurban getməsi və yaralanması göstərir ki, Qarabağ Ermənistanın mina ilə çirkləndirdiyi dünyanın ən böyük ərazilərindən birinə çevrilib. Ermənilərin məqsədi azərbaycanlıların həlak olaraq Qarabağa geri qayıtmasını əngəlləməkdir. Azərbaycan dövləti isə minaları təmizləyərək əraziləri bərpa edir. Qısa zamanda rayonlar, kəndlər bərpa olunur, hava limanları tikilir və avtomobil yolları salınır. Ukrayna hələ azad olunmayıb, amma onun gələcəkdə bərpasına dəstək göstərilir. Lakin beynəlxalq qurumlar tərəfindən Qarabağa yetərincə yardım verilmir. Minaların təmizlənməsi dünya birliyi, Amerika və Avropa İttifaqı kifayət qədər maliyyə vəsaiti ayırmır. Bu isə beynəlxalq aləmin ikili standartlarında xəbər verir. Azərbaycanın işğal məsələsini təkbaşına həll etdiyi kimi, Ermənistanı da özü sülhə gətirəcək və mina təmizlənməsini həyata keçirəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual