
Ekspert: ABŞ-nin cari dövr üçün rəqibsiz olduğunu deyə bilərik
10:12 11.04.2025
Hərbi
543
Yaxın 10 il ərzində ABŞ öz hərbi mövqeyini qoruyub saxlayacaq
Müasir dövrdə qlobal güc balansı əsasən hərbi qüvvələrin gücü və texnoloji üstünlüklərlə müəyyən olunur. Beynəlxalq münasibətlərdə hərbi potensial yalnız müdafiə məqsədilə deyil, həm də siyasi və strateji təsir vasitəsi kimi çıxış edir. Bu baxımdan, ABŞ ordusu dünya səviyyəsində həm büdcə, həm də texnologiya baxımından lider mövqedədir. Onun müdafiə sahəsinə ayırdığı nəhəng maliyyə vəsaiti, qabaqcıl silah texnologiyaları və aerokosmik üstünlüyü ABŞ-ni digər dövlətlərdən fərqləndirir.
Donald Tramp da bu mövqeydən çıxış edərək jurnalistlərə verdiyi açıqlamada ABŞ-nin dünyada heç bir dövlətdə olmayan güclü silaha sahib olduğunu bildirib.
Mövzu ilə bağlı hərbi ekspert Azər Bayramov Sherg.az-a açıqlama verib:

"Bu gün dünyada super güc olaraq ABŞ ordusu birinci yerdədir. Biz müdafiə və təhlükəsizlik xərclərinə baxdığımız zaman ABŞ-nin Çindən 3-3,5 dəfə öndə olduğunu deyə bilərik. Hansı ki, bu il 9 yüz milyard dollara yaxın hərbi büdcə təsdiqlənib. Bu da ABŞ ordusunun arsenalındakı silahların yeni nəsil olduğunun göstəricisidir. Bütün qoşun növləri üzrə ABŞ rəqiblərindən öndə gedir. Biz bundan öncə də ABŞ-nin həyata keçirdiyi hərbi əməliyyatlarda onun sahib olduğu silahların üstünlüyünü və effektivliyini praktiki olaraq döyüş sahəsində müşahidə etmişik. Əsasəndə hərbi hava qüvvələrinin arsenalındakı yeni nəsil döyüş təyyarələri bu istiqamətdə ABŞ-yə üstünlüklər yaradır.
Çağdaş zamana uyğun olaraq ABŞ-nin aerokosmik qüvvələrinin arsenalında da çox ciddi şəkildə yenilikləri izləyirik. Ümumilikdə götürdükdə dünyada hərbi təyinatlı peyklərin böyük bir çoxluğunun ABŞ-yə məxsus olduğunu deyə bilərik. Paralel olaraq rəsmi Vaşinqtonun sözü gedən peyklər vasitəsilə istənilən dövlətin ərazisindən atılan uzaq mənzilli ballistik raketlərin bütün trayektoriyasını izləmək imkanı var. Bu üstünlüklər digər ölkələrdən ola biləcək təhlükələrin və tədbirlərin öncədən aşkarlanması və onun qarşısının alınması üçün tədbirlərin həyata keçirilməsi istiqamətində qabaqlayıcı tədbirlərin görülməsində ciddi üstünlüklər yaradır".
Ekspert ABŞ-nin nüvə dövləti olaraq geniş imkanlara malik olduğunu söyləyib:
"Xüsusilə nüvə başlıqlarının, uzaq mənzilli ballistik raketlərin sayına görə də ABŞ digər ölkələrdən fərqlənməyi bacarır. Bütün parametrlər üzrə biz müqayisə etdiyimiz zaman bir mənalı olaraq ABŞ-nin cari dövr üçün rəqibsiz olduğunu deyə bilərik. Yaxın 10 il ərzində ABŞ öz hərbi mövqeyini qoruyub saxlayacaq. Hazırda dünyada silah , eyni zamanda yeni nəsil silah-sursat istehsal edən ABŞ-yə məxsus medafiə sənayesi istiqamətində fəaliyyət göstərən şirkətlər dünyanın ən aparıcı şirkətləridir.
Bu amillər də ABŞ-nin sözü gedən istiqamətdə öz mövqeyini qorynub saxlanmasında eyni zamanda dinamik inkişafında müstəsna amillərdəndir".
Müsahibimiz sonda çağdaş dövrümüzdə artıq bir çox ölkələrin silahlanma, eyni zamanda onların istehsalı, ixracı-idxalı ilə bağlı ciddi şəkildə rəqabətə girdiyini və bunun da gələcəkdə bəşəriyyət üçün yaxşı nəticələr vəd etmədiyini söyləyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vilayət Eyvazov Bakıda sıra baxışı keçirib
18:02 16.03.2026
Ölkə
ABŞ Ordusu 12 ölkənin adını açıqladı - Siyahıda Azərbaycan da var
17:43 16.03.2026
Gündəm
Kobaxidze: Gürcüstan ATƏT-in tövsiyələrini nəzərə almayacaq
17:41 16.03.2026
Region
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya