
Ekspert: Ermənistan təxribatlar törətməklə biz hücumlara hazırıq mesajı verir
09:30 15.04.2025
Hərbi
349
Azərbaycan isə Ermənistanın belə bleflərinə aldanmır
Cənubi Qafqazda sülh prosesləri ilə bağlı diplomatik səylər artdığı bir zamanda, Ermənistan daxilində revanşist çağırışların güclənməsi və paralel olaraq hərbi mövqelərin dəyişdirilməsi bölgədəki kövrək sabitliyi yenidən sual altına salır. Ermənistan silahlı qüvvələri Naxçıvanla şərti sərhəd boyunca yeni hərbi bölmələr yerləşdirib. Bu addım “Bez Tormozov” kanalında yayımlanan görüntülərlə də təsdiqlənib və ciddi narahatlıq doğurur. Geosiyasi baxımdan son dərəcə həssas olan bu ərazi ətrafında baş verənlər, bir tərəfdən, Ermənistan daxilindəki radikal və revanşist qüvvələrin təzyiqinin artdığını göstərir, digər tərəfdən isə regionda sülh gündəminin real təhlükələrlə üzləşdiyini ortaya qoyur.
Hərbi-siyasi ekspert Həşim Səhrablı “Sherg.az”a bildirib ki, Azərbaycan mediası ermənilərin atəşkəsi pozması, sərhəd bölgələrində təxribatlarla məşğul olması kimi məlumatları şişirdərək təqdim etməməlidir:

“Çünki yenidən erməni mifi yaratmağa ehtiyac yoxdur. 30 ilə yaxın qurduqları istehkamlar, müdafiə xətləri və “yenilməz ordusu” 44 günə darmadağın olunan Ermənistan kimi dövlətdən söhbət gedir. Ermənistan nə qədər çalışsa belə, 44 gün ərzində müstəsna qələbə qazanan ordunun qarşısında heç nəyə nail ola bilməz. Ermənistan və ordusunun hazırda etdikləri göstərişdən başqa bir şey deyil. Belə ki, dünyada baş verən qlobal dəyişiklikləri Ermənistan tərəfi də çox yaxşı görür. Onlar başa düşürlər ki, yaxın gələcəkdə dünya nizamı tamamilə dəyişəcək və yenisi yaranacaq. Ermənistan tərəfi yaxşı bilir ki, bu gün vəziyyət XX əsrdə olduğu kimi deyil. Artıq Mərkəzi Asiya ölkələri müstəqildir. Azərbaycan 2020-ci ildə qələbə qazanmaqla Cənubi Qafqazda status-kvonu dəyişdi. Türkiyə Osmanlı dönəmində olduğu kimi müəyyən ərazilərdə təsir imkanlarına sahibdirlər, Liviyada, Somalidə türk əsgərləri mövcuddur. Eyni zamanda Türkiyə Suriyada rejimi dəyişib, Yaxın Şərqdə əsas aktora çevirib və Cənubi Qafqaza təsirləri böyükdür”.
Ermənistan Rusiyanın Ukrayna savaşında bataqlığa çəkilməsi, qlobal yarışda Amerika və Çindən geri düşməsi kontekstində ermənilərin havadarsız qaldığını anlayır:
“XX əsrdə ermənilərin Azərbaycan xalqına etdikləri vəhşətin bir tərəfində Qərb dayanırdısa, əsas yönündə Rusiya imperiyası dururdu. Ancaq hazırda bunların heç biri yoxdur. Nəticə etibarı ilə Türkiyə-Azərbaycan müttəfiqliyi kontekstində Cənubi Qafqazda türk milli kimliyi yaranıb. Ermənilər isə düşünürlər ki, öz müqəddaratlarını türklərə təslim etməlidirlər. Lakin onlar tarixi nifrətlərinə görə türklərə təslim olmaq istəmirlər. Azərbaycan və Türkiyə Ermənistanın dövlət qurmaq haqqını əlindən almaq niyyətində deyil. Hazırda Ermənistan belə təxribatlar törətməklə Azərbaycana biz hücumlara hazırıq mesajını verməyə çalışırlar. Azərbaycan isə Ermənistanın belə bleflərinə aldanmır. Sadəcə olaraq Ermənistanın bu kimi addımları regionda sabitliyi pozur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm