Hərbi Dəniz Qüvvələrinin dalğıc heyəti ilə toplanış keçirilib - VİDEO
13:44 14.04.2025
Hərbi
338
Hərbi Dəniz Qüvvələrinin (HDQ) 2025-ci il üçün təsdiq edilmiş hazırlıq planına əsasən, dalğıc heyəti ilə keçirilən təlim-metodiki toplanış çərçivəsində axtarış-xilasetmə və dalğıc işləri üzrə ixtisas məşğələləri intensiv olaraq davam etdirilir.
Müdafiə Nazirliyindən Sherg.az-a verilən məlumata görə, tibb personalı tərəfindən müayinədən keçmiş dalğıclar tapşırıqları icra etməyə buraxılıb. Heyətin işarələrlə xəbərləşmə və idarəetmə bacarıqları qənaətbəxş hesab edilib. Cari mərhələdə sualtı hərəkət vasitələri və digər axtarış üsullarından istifadə edərək batmış obyektin axtarışı, tapılması və su üzərinə qaldırılması üzrə praktiki tapşırıqlar yerinə yetirilib.
Bundan başqa, toplanış zamanı barokamerada insan orqanizminin yüksək təzyiqə uyğunlaşdırılması, qəzalı dalğıca ilk yardımın göstərilməsi üzrə nəzəri və praktiki məşğələlər yerinə yetirilib. Şəxsi heyət səthdən qidalanma üsulu ilə sualtı dalğıc işlərini həyata keçirərək nəzəri biliklərini təcrübədə tətbiq ediblər.
Qeyd edək ki, toplanışın əsas məqsədi dalğıc heyətinin ixtisas hazırlığının artırılması, eləcə də bilik və bacarıqlarının təkmilləşdirilməsidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə
Bakıda 53 yaşlı qadın doğuş zamanı ölüb
12:39 16.03.2026
Hadisə
İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub - FOTO
12:34 16.03.2026
Dünya
Ramazan bayramı namazının vaxtı açıqlanıb
12:19 16.03.2026
Cəmiyyət
Xüsusi karantin rejiminin müddəti uzadılıb
12:18 16.03.2026
Aktual
Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir
12:15 16.03.2026
Gündəm