Qumar oyunlarının reklamı daha ciddi məsuliyyət yaradır
Yusif Nəzərli
09:56 16.07.2023
Cəmiyyət
662
Qanunvericiliyə görə, Azərbaycan ərazisində bu tip fəaliyyət qadağandır
“Azərbaycanın ən çox izləyicisi olan yutuberi (755,000 abunə) izləyicilərə skam sayt reklam edir. Yeni bir şəbəkə marketinqi olan xarici skam sayt, Azərbaycanda yeniyetmələrin ən çox izlədiyi kanallara reklam verir. Bu adamlar da pullarını alıb, vətəndaşların hesablarını riskə atırlar”.
Bu sözləri texnobloger Fərid Pərdəşünas sosial media hesabında yazıb. Onun sözlərinə görə, bəzi blogerlər heç özü də bilmədən zərərli reklamlar edirlər: “Ümumiyyətlə, ölkədə rəqəmsal reklamçılara, influenserlərə nəzarət lazımdır. Bunu tənzimləyən nəsə olmalıdır. Ağına-bozuna baxmadan kim əlinə nə keçdi reklam edir”.
Azərbaycanın internet məkanında skam reklamların artıq uzun müddətdir müşahidə edildiyini vurğulayan ekspert deyib ki, platformalar bu cür reklamın qarşısını ala bilmir, onlayn mərc reklamlarını açıq-aşkar təsdiqləyir.
Qeyd edək ki, “skam" – istifadəçiyə səxavətli pul mükafatları təklif edən onlayn fırıldaqçılıq üsuludur. Pulu əldə etmək üçün kiçik bir komissiya ödənişi istənilir. Komissiya təcavüzkarlara çatır, qurban isə əliboş qalır. Əgər istifadəçi ödəniş üçün kart məlumatlarını daxil edirsə, bu zaman təhlükəsizliyi də riskə atmış olur. “Skam" böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyalar şəklində görünür.
Bundan başqa, "skamer"lər məşhurların keçirdiyi lotoreyaların uduşsuz oxşarını yaradırlar.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə “Sherg.az”a açıqlamasında bildirib ki, qanunvericiliyə görə, Azərbaycan ərazisində bu tip fəaliyyət qadağandır: «Kimlərsə sui-istifadə edərək onlayn mühitdə qumar, mərc, müxtəlif kazino oyunları ilə bağlı reklam yayır və nələrsə təşkil edirlər. İstər onlayn, istərsə də oflayn mühit olsun bu, qanunvericiliyə zidd hərəkətdir. Burada cinayət məsuliyyəti yaradan məqamlar var. Xüsusən də, internet azyaşlılar üçün əlçatan olduğuna görə bu tip oyunların reklamı daha ciddi məsuliyyət yaradır.
Bu fəaliyyət gizli deyil, bəlli adamlar var və bəlli profillər vasitəsilə açıq-aşkar formada aparılır. Hesab edirəm ki, aidiyyəti orqanlar bu cür onlayn oyunların, eləcə də reklamların fərqində olmalıdır».
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya