Qüsurla doğulan qızlar: Qaçır, oynayır, velosiped sürürlər
16:48 05.11.2025
Cəmiyyət
176
Türkiyənin Batman bölgəsində anadangəlmə fiziki qüsurla doğulmuş 2 körpə Arin və Ayda bacıları həmyaşıdları kimi küçədə topla oynayır, qaçır, velosiped də sürürlər. Bu, yardımsevər vətəndaşların, işçilərin hesabına mümkün olub.“Sherg.az” “NTV,com.tr”yə istinadən xəbər verir ki, Mehmet və Şükran Akdoğanların Arin adını verdikləri qızları sağ ayağı soldan qısa, iç tərəfə əyilmiş və 2 barmaqlı doğulub. Həkimlər uşağın ayağının kəsiləcəyini deyib. Yaş yarımlıq olanda uşağın sağ ayağı amputasiya olunub. Cütlüyün 3 il əvvəl dünyaya gələn qızları Ayda da bacısı kimi sağ ayağında qüsurla doğulub. Onun da ayağı, uşaq yaş yarımlıq olanda amputasiya edilib. Uşaqlara protez ayaqlar qoyulması məsləhət görülüb, lakin ailənin buna maddi imkanı olmadığından bacılar uzun müddət normal şəkildə hərəkət edə bilməyib. Amma ailənin ehtiyaclarını bilən qonşular, ətraf ərazilərdə çalışan işçilər, sahibkarlar, sənətkarlar bir araya gələrək Akdoğan ailəsinə yardım kampaniyası başladıb. Sosial media üzərindən də çağırışlar edilib. Nəticədə uşaqların protezləri üçün gərəkən vəsait toplanıb. Bu vəsaitə protezlər alınıb və Arin, Ayda bacılarının ayağına taxılıb. Uşaqlar indi sərbəst addımlayır, küçədə yaşıdları ilə top oynayır, velosiped də sürə bilirlər. Batmanda xırda ticarətlə məşğul olan Mirkan Yıldız qızların ayağa qalxmalarını məhəllə sakinlərini xoşbəxt etdiyini deyib: “Hamını səfərbər edib lazım olan məbləği topladıq. Bunu Allah rizası üçün etdik. Bizə dəstək verən, köməyini əsirgəməyən könül dostlarımızdan Allah razı olsun. Yaxşılıq etmək savabdır. Ən böyük zənginlik könül zənginliyidir”, deyib. Qızlar böyüdükcə protezləri də dəyişdirilməli olacaq. Ancaq məhəllə sakinləri bütün xərcləri yenə də üzərlərinə götürəcəklərini bildiriblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp Nurməhəmmədov və Mahaçevə Ağ Evdə vəzifə təklif edib
02:36 08.11.2026
Dünya
Sumqayıtda yeniyetmə dəm qazından zəhərlənib
01:34 08.11.2026
Hadisə
Deputatın həyat yoldaşı vəfat etdi
01:04 08.11.2026
Hadisə
8 noyabrda intensiv YAĞIŞ YAĞACAQ
01:02 08.11.2026
Ekologiya
Bu gün Azərbaycanda Zəfər Günüdür
00:18 08.11.2026
Gündəm
Şuşanın işğaldan azad olunmasından 6 il ötür
00:04 08.11.2026
Gündəm
Ərdoğan ABŞ Prezidenti Trampla telefonla danışıb
22:55 07.11.2026
Gündəm
Adı üç dəfə dəyişdirilən Azərbaycan kəndi: Haqqıxlıdan qalan izlər
22:33 07.11.2026
Ölkə
Türkiyə Prezidenti sabah Azərbaycana gələcək
22:24 07.11.2026
Gündəm
Ərdoğan Trampla regional məsələləri müzakirə etdi
22:09 07.11.2026
Gündəm
Polşanın Krakov şəhərində atışma - 5 ölü, 10 yaralı var - YENİLƏNDİ
21:43 07.11.2026
Dünya
6 ildir Zəfərin Qüruru ilə yaşayırıq - VİDEO
21:38 07.11.2026
Gündəm
İsmail Balaban və İlayda Şekerin ikinci övladı dünyaya gəldi
21:30 07.11.2026
Şou
Fransada etiraz aksiyası: Dronlar, helikopterlər cəlb olundu
21:06 07.11.2026
Dünya
Şahbaz Şərif İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi
20:40 07.11.2026
Gündəm