“Lotu Quli”nin yaxın adamının qətlində təqsirləndirilən şəxsə hökm oxunub
“Lotu Quli”nin yaxın adamının qətlində təqsirləndirilən şəxsə hökm oxunub
13:55 31.01.2024
Hadisə
408
2017-ci ildə Rusiyada “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun yaxın adamı Cabir Həsənovu qətlə yetirməkdə təqsirləndirilən, kriminal aləmdə “Yeraz Camal” kimi tanınan Camal Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub. Hökmə əsasən, təqsirləndirilən Camal Həsənov 18 il azadlıqdan məhrum edilib.
Prokuror çıxışı zamanı Camal Həsənova 20 il həbs cəzasının verilməsini istəyib.
Qeyd edək ki, hadisə 2017-ci ildə Rusiyada baş verib. İttihama görə, “Yeraz Camal” ləqəbi ilə tanınan Camal Həsənov qətlə yetirilən Cabir Həsənovun kriminal aləmdə “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Canıyev Rövşən Rafiq oğlunu qətlə yetirilməsində iştirak etdiyini eşidib. Bu səbəbdən onu öldürmək üçün Rusiyaya gedib. “Rövşən Lənkəranski”yə pərəstiş edən “Yeraz Camal” Cabir Həsənovdan bu əməllərinə görə qisas almaq məqsədilə Sankt-Peterburqa gedib və C.Həsənovu odlu silahla güllələyərək öldürüb.
Bu işdə Camal Həsənova 43 yaşlı Azərbaycan vətəndaşı Nazim Nüsrətov köməklik edib. O, bunun müqabilində pul alıb. Qətldən bir müddət sonra Nazim Nüsrətov tutulub və məhkəmənin hökmü ilə 5 ay müddətinə azadlıqdan məhrum edilib.
Camal Həsənov 2021-ci ilin oktyabrında Bakıda tutularaq istintaqa təhvil verilib. Ona Cinayət Məcəlləsinin 12.1, 120.2.1, 12.1, 120.2.5 və 12.1, 228.2.1-ci maddələri ilə ittiham elan olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Norveç Fransanın "nüvə çətiri"nə qoşuldu
02:07 28.05.2026
Dünya
“Kristal Pelas” UEFA Konfrans Liqasının qalibi olub
01:41 28.05.2026
Futbol
Qaz kəməri Ermənistandan keçəcək - Paşinyan
01:19 28.05.2026
Cənubi Qafqaz
28 May – Respublika Günü qeyd olunur
00:10 28.05.2026
Tarix
Burak Aydın: SEPAH biz asan tikə deyilik mesajı verir
23:49 27.05.2026
Region
Ərdoğan Trampla bu tarixdə və bu şəhərdə görüşmək istəyir
22:27 27.05.2026
Dünya
Kişilərdə xərçəngdən ölüm halları artacaq - ARAŞDIRMA
21:31 27.05.2026
Sağlamlıq
Trampdan İrana sərt mesaj - Yeni zərbələr başlaya bilər
21:15 27.05.2026
Gündəm
Putin Qazaxıstanda - 16 mühüm sənəd imzalayacaq
20:44 27.05.2026
Dünya
Fransa XİN Kiyevə cavab zərbələrindən sonra Rusiya səfirini çağırdı
20:00 27.05.2026
Dünya
Putin Qazaxıstana səfər edib
18:50 27.05.2026
Dünya
Tehranın İmam Xomeyni hava limanında yanğın baş verib
18:38 27.05.2026
Relaks