Moskvanın niyyəti Qərbi inandırmaqdır -ŞƏRH
Moskvanın niyyəti Qərbi inandırmaqdır -ŞƏRH
Yusif Sultanoğlu
06:00 08.05.2024
Dünya
666
Medvedyevin qorxu yaratmaq aktı həm də o zamana təsadüf edir ki, ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib
Rusiyanın Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Qərbə qarşı nüvə ritorikasını ikiqat artırıb. D.Medvedyev NATO-nun Ukraynaya qoşun göndərəcəyi təqdirdə, Rusiyanın ABŞ, Böyük Britaniya və Fransaya nüvə zərbəsi endirəcəyini bəyan edib. Ekspertlərin fikrincə, Medvedyevin bəyanatı Rusiyanın qeyri-strateji nüvə silahları üzrə təlimlərinin keçirilməsinin perspektiv hərbi hədəfini izah edir. Lakin Medvedyevin istinad etdiyi tip strateji nüvə silahlarının deyil, taktiki nüvə silahlarının tətbiqini nəzərdə tutur. Yəni Medvedyev açıq şəkildə bildirir ki, Rusiya taktiki nüvə silahları ilə belə Vaşinqtonu, Parisi və Londonu vura bilər.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a açıqlamasında vurğulayıb ki, bu, Moskvanın hələ strateji nüvə silahlarından istifadə edəcəyi təqdirdə yarana biləcək bəşəri fəlakətə inandırma əməliyyatının tərkib hissəsidir. Ekspertin sözlərinə görə, Rusiyada da bilirlər ki, Moskvada nüvə düyməsinə basılsa, NATO-nun, o cümlədən ABŞ, Britaniya və Fransanın bunun qisasını almaq üçün cavabı daha ağır ola bilər:
"Bu baxımdan hazırda Moskvanın şiddətlənən nüvə təhdidləri daha çox Ukraynanı dəstəkləyən ölkələrə qarşı Kremlin duruş gətirməsi üçün seçdiyi leksikondur. Moskvanın müəyyən “qırmızı xət”ləri keçildiyi təqdirdə, qeyri-strateji nüvə silahlarından istifadəyə qərar verəcəyinə Qərbi inandırmaqdır. Cənab Medvedyevin qorxu yaratmaq aktı həm də o zamana təsadüf edir ki, ABŞ Ukraynaya 61 milyard dollarlıq yardım paketini təsdiqləyib. Üstəlik, Qərbdə Ukraynaya “F-16” qırıcılarının göndərilməsini öhdəliyinə götürən dövlətlərə qarşı xəbərdarlıqdır. Deməli, Kreml Medvedyevin dili ilə çatdırır ki, əsasən ABŞ, Böyük Britaniya və Fransanı Ukraynaya hər hansı sensasiyalı dəstək aktından geri çəkilməyə məcbur etmək niyyətindədir. Rusiyanın taktiki nüvə silahları üzrə təlimləri Qərbdə Ukraynaya dəstək üçün qərar verənlərə qarşı çəkindirmədir. Amma məntiqlə indiki vəziyyətdə Rusiyanın nüvə silahını müharibə meydanında və ya ondan kənarda tətbiq etmək ehtimalı olduqca zəif versiya kimi səslənir. Həm də ona görə ki, Rusiya Ukraynada geniş nəzarət zolağı yarada bilib və onun yeni irəliləyişləri qeydə alınır. Bu vəziyyətdə nüvə silahlarının atılması bir o qədər real səslənmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bir şeyə əmin idik: bu müharibə qələbə ilə başa çatacaq
14:46 02.10.2026
Gündəm
Ağdamda 15 yaşlı qız itkin düşüb
14:41 02.10.2026
Gündəm
Ohanyan saxlanıldı
14:40 02.10.2026
Region
Çinin Azərbaycana strateji dəstəyi genişlənir - ŞƏRH
14:35 02.10.2026
Gündəm
Lukaşenko: Heç vaxt Rusiyaya xəyanət etməyəcəm
14:29 02.10.2026
Dünya
Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq edib
14:25 02.10.2026
Dünya
Gəncədə avtomobil hasara çırpılıb, 2 nəfər xəsarət alıb
14:12 02.10.2026
Hadisə
Türkiyə Mədinəyə hücuma təpki göstərdi
13:51 02.10.2026
Gündəm
Məkkədə “canlı bomba hücumu” iddiası rəsmən təkzib edildi
13:13 02.10.2026
Dünya
Ankara türk ölkələrinə çağırış etdi
13:06 02.10.2026
Dünya
Sabah intensiv yağış yağacaq, güclü külək əsəcək
12:47 02.10.2026
Ekologiya
Ötən ay dövlət sərhədinin pоzulmasına görə 16 əcnəbi saxlanılıb
12:38 02.10.2026
Hadisə
Səfir: TRIPP-in inşasına gələn ilin əvvəlində başlanacaq
12:17 02.10.2026
Gündəm
Qaxda 7 kiloqram narkotik vasitə aşkarlandı
11:59 02.10.2026
Hadisə
Türkiyə və Gürcüstan müdafiə nazirləri Şuşada görüşdülər
11:48 02.10.2026
Gündəm
Daha bir məktəbdə 14 şagird zəhərləndi
11:30 02.10.2026
Hadisə