Rusiya: Sanksiyaları ləğv edin, müharibəni dayandıraq - Təcili
Rusiya: Sanksiyaları ləğv edin, müharibəni dayandıraq - Təcili
10:38 08.10.2024
Dünya
292
Rusiya Ukraynaya qarşı tətbiq edilən bütün sanksiyaların ləğvi müqabilində Ukraynadakı müharibəni dayandırmağa hazırdır.
Axar.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov “Nyusvik”ə müsahibəsində deyib.
Lavrov müsahibəsində Ukrayna ordusunun Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərindən tamamilə çıxarılmasını və bu əraziləri Rusiyanın regionları kimi tanıması ilə bağlı Prezident Vladimir Putinin də tələbini xatırladıb. Bundan başqa, Putin Ukraynanın bloklara qoşulmaması və nüvəsiz statusunun möhkəmləndirilməsini, həmçinin ölkənin demilitarizasiyasını və denasifikasiyasını tələb edib:
“Kiyev bu bəyanata avqustun 6-da Kursk vilayətinə silahlı basqınla cavab verib. Onun himayədarları – ABŞ və digər NATO ölkələri Rusiyanı strateji məğlubiyyətə uğratmağa çalışırlar. Bu şərtlər daxilində bizim Ukraynadan gələn təhlükələr aradan qalxana qədər xüsusi əməliyyatımızı davam etdirməkdən başqa çarəmiz yoxdur”.
Onun sözlərinə görə, Rusiya üçün Ukraynaya qarşı müharibə xalqının müdafiəsi və həyati təhlükəsizlik maraqlarıdır. Moskva hər dəfə hamıya uyğun bir müqavilə bağlayanda Kiyev və onun ağaları geri çəkilir:
“BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş Minsk razılaşmaları, həmçinin 2022-ci ilin martın sonunda İstanbulda paraflanmış sülh müqaviləsini misal göstərmək olar.
Sülhün bərpası düşmənimizin planlarının bir hissəsi deyil. Ukrayna Prezidenti Vladimir Zelenski Moskva ilə danışıqları qadağan edən fərmanını ləğv etməyib. Vaşinqton və onun NATO müttəfiqləri müharibəni davam etdirmək üçün Kiyevə siyasi, hərbi və maliyyə dəstəyi verirlər. Odla oynamaq təhlükəli nəticələrə səbəb ola bilər. Prezident Putinin dediyi kimi, biz Qərbdən gələn təhdidləri anlayaraq adekvat qərarlar qəbul edəcəyik. Nəticə çıxarmaq sizin ixtiyarınızdadır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual
Dizel bahalaşacaq
20:21 21.09.2026
İqtisadiyyat
Tacir Şahmalıoğlu xəstəxanaya yerləşdirildi - FOTO
19:56 21.09.2026
Hadisə
Biləsuvarda açıq ərazidə yanğın söndürüldü
19:34 21.09.2026
Hadisə