
Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir -ŞƏRH
Yusif Nəzərli
10:37 08.12.2024
Dünya
424
Suriya hökuməti respublikada hakimiyyəti ələ keçirmiş silahlılardan təhlükəsizlik zəmanəti alıb.
APA xəbər verir ki, bu barədə ölkənin rabitə naziri İyad əl-Xatib “Al Arabiya” telekanalına bildirib.
“Hərbi Əməliyyatlar İdarəsindən zəmanət aldıq, silahlılar Dəməşqi nəzarətə götürdü – onlar hökumətin təhlükəsiz fəaliyyətini təmin edəcəyinə söz verib”, - deyə o bildirib.
Əl-Xətib vurğulayıb ki, Dəməşqdə qalan nazirlər xarici siyasət idarəsinin rəhbəri Bassam Sabbaqın harada olduğunu bilmirlər.
Rabitə nazirinin sözlərinə görə, hökumət üzvləri iki gün ərzində öz işlərinə qayıdacaqlar.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a bildirib ki, artıq qüvvələr nisbəti dəyişdi və döyüşən 4 qruplaşmadan biri olan Əsəd ordusu sıradan çıxdı:

“Geriyə isə ASO, PYD/YPG və HTŞ olmaqla üç qüvvə qalır. Əsədin devrilməsində maraqlı olan ABŞ, İsrail və Türkiyə tərəfləri yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilər. Eyni zamanda Əsəd məsələsində Türkiyə ilə toqquşan Rusiya və İran bundan sonra Ankara ilə eyni cəbhədə dayanmağa çalışacaq. HTŞ-nin qisasdan imtina etməsi, hakimiyyəti baş nazirdən təhvil almaq gedişi, qaçqınlara geri qayıtmaq çağırışı idarəçiliyi ələ ala biləcəyi gözləntisini yaradır. Bundan sonra Suriyada de-fakto mövcud olan ölkələr – ABŞ, İsrail, Türkiyə, Rusiya və İran HTŞ ilə anlaşmaq xəttini izləyəcək və hər şey qruplaşmanın bu qüvvələr arasındakı seçimindən asılı olacaq”.
Ekpsert qeyd edib ki, Qərbdən HTŞ-yə verilən dəstək, eləcə də HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani əvvəldən verdiyi açıqlamalar fonunda qruplaşmanın Rusiya və İranı ölkədən çıxarmaq xəttini tutacağı gözləniləndir:
“Moskva və Tehran Suriyada faktiki həlledici gücə çevrilən Ankaranın dəstəyini əldə etməyə çalışacaq. Lakin bu, HTŞ PYD/YPG terrorçularına qarşı sərgiləyəcəyi mövqeyindən asılı olacaq. Qruplaşma PYD məsələsində Ankaranın mövqeyini nəzərə almasa, bu, Suriyada “çoxcəbhəli toqquşma” ssenarisini yenidən aktuallaşdırır və Türkiyəni Rusiya ilə İranla yaxınlaşdıra bilər. İran və Rusiyanı bölgədən çıxarmaq istəyən ABŞ, İsrail cəbhəsi PYD/YPG kartından imtina etmək istəməsə belə, yenə də Türkiyə ilə anlaşmalıdır. İstisna deyil ki, Türkiyə Suriyada hakimiyyətin təhvil verilməsi və yenidən qurulması prosesinin getdiyi vaxt PYD\YPG mövqelərini sıxışdırmaq istiqamətində addımlarını intenssivləşdirsin. Bu, həm Trampın Ağ Evdə fəaliyyətə başlamasına, həm də Suriyada gələcək danışıqlara qədər əlini maksimum gücləndirmək baxımından əhəmiyyətlidir. Məlumatlara görə, ASO PYD/YPG terrorçularının əlindəki Deyr əz-Zora daxil olub. Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir. Bundan sonrakı dövrdə hadisələrin inkişafının ilk növbədə HTŞ-nin PYD/YPG-yə qarşı mövqeyindən, daha sonra Türkiyənin mövqeyindən asılı olacağı görünür”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
20:58 10.09.2026
Hadisə
Ukrayna Azərbaycanın təcrübəsini öyrənməkdə maraqlıdır
20:16 10.09.2026
Dünya
Nyu-Yorkda Əkiz Qüllələr 2977 işıq saçan dronla eskizləndirilib
19:50 10.09.2026
Gündəm
Binəqədidə bu yol bağlanır
19:30 10.09.2026
Cəmiyyət
"Botafoqo" Hakim Ziyeşi transfer edib
19:22 10.09.2026
Futbol
SALATIN ƏHMƏDLI: KLASSİKLƏŞMƏNİN TİPİKLİK MODELİ
19:14 10.09.2026
Ədəbiyyat
Livan və Kipr prezidentləri ilə görüşmək istəyirəm - Hersoq
18:54 10.09.2026
Aktual
Ukrayna Rusiya və Belarusla sərhəddə xüsusi rejim tətbiq edib
18:47 10.09.2026
Dünya
Şəmkirdə istixanada yanğın olub
18:40 10.09.2026
Hadisə
"Qalatasaray"ın sabiq ulduzu Braziliya klubuna keçdi
18:25 10.09.2026
Futbol
Fransanın regiondakı maraqları daha da təhlükə altına düşür - ŞƏRH
18:20 10.09.2026
Aktual
Ərdoğan Trampın xüsusi nümayəndəsi ilə gizli görüş keçirib
18:18 10.09.2026
Gündəm
Ukrayna gəmilərini məhv edəcəyik - Peskov
17:59 10.09.2026
Dünya
NATO Rusiyanın təxribat planının qarşısını alıb
17:42 10.09.2026
Dünya