Emin Əmrullayev məktəb direktorları ilə görüşüb
Yusif Nəzərli
10:00 14.12.2024
Elm və Təhsil
754
Elm və təhsil naziri Emin Əmrullayev Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb.
Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsindən xəbər verilib.
Bildirilib ki, görüşdə Elm və Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Nərminə Hüseynova, Yasamal və Nərimanov rayonları üzrə məktəb direktorları iştirak ediblər.
Görüşdə iştirakçıları salamlayan elm və təhsil naziri Emin Əmrullayev təhsil sahəsində aparılan islahatlardan, 2024-cü ildə qazanılmış uğurlar və perspektiv məsələlərdən, müəyyən edilmiş əsas prioritet istiqamətlərdən danışıb. Təhsildə islahatların davamlı xarakter daşıdığını qeyd edən nazir bu islahatların ən önəmli istiqamətlərindən birinin məhz idarəetmə ilə bağlı olduğunu deyib. E.Əmrullayev bu baxımdan məktəb rəhbərlərinin üzərinə düşən məsuliyyətin düzgün dəyərləndirilməsinin vacibliyini vurğulayıb.
Görüş zamanı nazir müəllim nüfuzu, məktəblərin qarşısında dayanan yeni çağırışlar, məktəb-icma münasibətləri, təhsilverənlərin sertifikatlaşdırılması, təhsil müəssisələrində psixoloji xidmət səviyyəsinin artırılması, ümumi təhsildə inklüzivliyin genişləndirilməsi, elektron xidmətlərdən səmərəli istifadə və məktəbdə öyrənmə mühitinə təsir edən digər amillər barədə fikirlərini bildirib. Elm və təhsil naziri tədrisin keyfiyyətinin yüksəldilməsi, tədris mühitinin yaxşılaşdırılması və idarəetmə işinin təkmilləşdirilməsinə yönələn tədbirlərin əhəmiyyətindən bəhs edib.
Emin Əmrullayev ümumi təhsil müəssisələrində monitorinq və nəzarətin gücləndirilməsinin vacibliyindən bəhs edib, məktəbdə sağlam mənəvi-psixoloji mühitin təmin olunması, məktəb-icma, müəllim-şagird-valideyn münasibətlərinin tənzimlənməsi istiqamətində ümumi təhsil müəssisələrində aparılan işlərin təkmilləşdirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.
Görüşdə müvafiq məsələlər ətrafında qarşılıqlı fikir mübadiləsi aparılıb, mövcud problemlər və onların həllinə dair fikirlər söylənilib.
Daha sonra təhsil müəssisələrinin rəhbərlərini maraqlandıran suallar cavablandırılıb, müvafiq təklif və tövsiyələr səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ÇL: "Qalatasaray" uduzdu, "Barsa" və PSJ-dən darmadağın
01:40 10.09.2026
Futbol
Hörmüzdəki böhranla bağlı Küveytdən qeyri-adi təklif
23:58 09.09.2026
Region
Tramp İranla müharibənin nə vaxt bitəcəyini açıqlayıb
23:49 09.09.2026
Gündəm
Tramp: Putin Ukrayna ilə bağlı razılaşma əldə etmək istəyir
23:37 09.09.2026
Aktual
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm