İsveç son illərdə suda batmaların sayına görə rekorda imza atıb
14:12 08.08.2025
Dünya
357
2025-ci ilin iyul ayı suda batanların sayına görə son onilliyin ən faciəli aylarından biri olub - İsveç Sularda Xilasetmə Cəmiyyətinin (Svenska Livräddningssällskapet) məlumatına görə, dənizdə, göllərdə və hovuzlarda 30 nəfər həlak olub.
AZƏRTAC xəbər verir ki, bu, ötən ilin iyulunda 19 hadisənin qeydə alındığı göstərici ilə müqayisədə xeyli çoxdur. Sonuncu dəfə belə yüksək göstərici 2018-ci ilin yayında müşahidə olunub. Həmin ilin iyul ayında 35 nəfər anomal istilər fonunda suda batıb.
Ondan əvvəl, 2014-cü ildə 39 ölüm halı qeydə alınmışdı.
Həlak olanlar arasında iki uşaq və iki qadın var; qalanlar kişilər idi və əksəriyyətinin yaşı 60-dan yuxarı olub. Təşkilatın baş katibi Mikael Oloussonun sözlərinə görə, bu, davamlı tendensiyanı təsdiqləyir - kişilər çox vaxt tək çimirlər və güclərini həddindən artıq qiymətləndirməyə meyllidirlər.
Hesabatda, həmçinin xaricdə İsveç vətəndaşının suda batma hadisəsi və qeyri-müəyyən şəraitdə baş verən bir neçə insident qeyd olunur.
Olousson həm ictimai səviyyədə, həm də ailələr daxilində, xüsusən də yaşlı qohumların iştirakı ilə profilaktik işin vacibliyini vurğulayır. O, həmçinin bir çox bələdiyyələri bu ərazilərdən turizm üçün aktiv istifadə etməsinə baxmayaraq, ictimai çimərliklərdə risk analizinə kifayət qədər diqqət yetirmədiklərinə görə tənqid edib. O, müsbət nümunə kimi, Halmstad şəhərini göstərib ki, burada Tülösand çimərliyində peşəkar xilasedicilər növbətçilik edir. Bu isə, onun fikrincə, təhlükəsizlik səviyyəsini xeyli artırır.
İsveç Sularda Xilasetmə Cəmiyyəti suda davranış qaydaları haqqında məlumatlılığı artırmaq üçün məlumat kampaniyasını davam etdirəcək.
Qeyd edək ki, 2025-ci ilin əvvəlindən iyul ayı da daxil olmaqla, İsveçdə 71 nəfər suda batıb, halbuki 2024-cü ilin eyni dövründə bu rəqəm 55 olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya dəniz yollarını bağlamağa çalışır - Zelenski
02:52 28.07.2026
Aktual
Tramp: ABŞ-İran danışıqları dostluq şəraitində keçir
01:21 28.07.2026
Gündəm
"Facebook"un işində nasazlıq yarandı
00:35 28.07.2026
Texnologiya
BMT təsdiqlədi: Ukrayna müharibəsi başlayandan bəri...
23:57 27.07.2026
Dünya
Mədəniyyət naziri Anarla görüşüb
23:35 27.07.2026
Mədəniyyət
Türkiyədə məşhurların narkotik analiz nəticələri məlum oldu
22:30 27.07.2026
Şou
Qazaxıstan Qara dəniz vasitəsilə neft ixracını bərpa etdi
21:58 27.07.2026
Region
Tramp: "Mən olmasaydım, İsrail məhv olardı"
21:44 27.07.2026
Dünya
Tramp: Heç kim ABŞ-a Türkiyəyə nə satacağını diktə edə bilməz
21:11 27.07.2026
Dünya
Livan Prezidenti İsraili müqavilə şərtlərini pozmaqda ittiham etdi
20:56 27.07.2026
Dünya
Balaca Cəfərin göz yaşları Türkiyəni kövrəltdi!
20:42 27.07.2026
Mədəniyyət
Paşinyan və Putin arasında telefon danışığı olub
20:34 27.07.2026
Gündəm
“Turan Tovuz” Türkiyə klubu ilə heç-heçə etdi
19:54 27.07.2026
Futbol
Futbol üzrə Dünya Çempionatının ən yaxşı qolu müəyyənləşib
19:45 27.07.2026
Futbol