AKF prezidenti: "Avropa çempionatında da yeni çempionların adlarını eşidəcəyik"
Yusif Nəzərli
16:42 01.10.2022
İdman
652
"Ötən il yeniyetmə və gənclərin Avropa çempionatı bizim üçün uğurlu olmuşdu. Monteneqroda 17 medal qazanmışdıq. Bunlardan 5-i qızıl, 5-i gümüş və 7-si bürünc medal idi".
Bunu Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti Orxan Əliyev açıqlamasında bildirib.
3-8 oktyabr tarixlərində İtaliyanın Yezolo şəhərində keçiriləcək uşaq, yeniyetmə və gənclərin dünya çempionatına AKF 47 nəfərlik heyətlə yola düşüb. Bunlardan 38-i idmançı, 6-sı məşqçi, 1-i hakim, 1-i vitse-prezident və 1-i baş katibdir.
O.Əliyev dünya çempionatında medal gözlədiyi idmançıların adlarını açıqlayıb: "İnşallah, bu il nəticəni daha da yaxşılaşdırıb ən azı 7-8 qızıl medal almağı hədəfləyirik. Medal gözlədiyimiz idmançılar sonuncu İslam Həmrəyliyi Oyunlarının mükafatçısı Amil Məmmədov, həmin yarışın iştirakçısı Mahmud Hüseynov, gənclər arasında dünya və Avropa çempionu Amin Quliyev, Elvin Məmmədov, Ramal Zeynallı, Vüqar Məmmədov, Sübhan Məmmədov, Nicat Ələkbərli və Elnur Mustafayevdir. Onlar gənc olsalar da, artıq təcrübəli idmançılardır".
AKF prezidenti noyabrda Türkiyənin Antalya şəhərində keçiriləcək böyüklərin Avropa çempionatı ilə bağlı da fikirlərini bildirib:
"Ora da tam heyətlə getməyi düşünürük. Artıq Azərbaycan yığması ilk "3-lük"də yer alır. İnanıram ki, Avropa çempionatında da yeni çempionların adlarını eşidəcəyik. Yığma komandada təcrübəli dünya ve Avropa çempionları ilə yanaşı, artıq illərdir millinin şərəfini qoruyan idmançılarımız var. Bunlardan Elxan Əliyev Avropa ikincisi və İslamiadanın bürünc medalçısı olub. Ondan bu il qızıl medal gözləyirem. Camal Məmmədov da illərdir dünya ve Avropa çempionatlarında gümüş medal qazanır. Onun bu dəfə medalın əyarını qızıla çevirəcəyinə inanıram. Gənclər arasında dünya və Avropa çempionu, perspektivli idmançılardan olan Məhəmməd İmanovdan da böyüklər arasında qızıl medal gözləyirəm".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Leyla Əliyeva Türkmənistanda səfərdədir
18:27 19.10.2026
Gündəm
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə