Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"
13:34 09.10.2022
İdman
623
"Oyundan və nəticədən razı qaldım. Bizim üçün vacib matç idi. Polşa qrupda əsas rəqibimizdir".
"Report"un məlumatına görə, bunu Azərbaycan millisinin futzalçısı Rafael Vilela Bakıda Polşa yığmasına 4:3 hesabı ilə qalib gəldikləri dünya çempionatının əsas seçmə mərhələ oyunu barədə federasiyanın rəsmi saytına açıqlamasında deyib.
Sözügedən qarşılaşmada 2 qol vuran braziliyalı hücumçu bildirib ki, fərqlənməklə komandaya faydalı olmaq bir başqa sevincdir: "Güclü oyunçulara sahibik və qarşıya qoyulan məqsədə çatmaq üçün potensialımız var. Oyundan-oyuna daha yaxşı olacağıq. İndi mövsümün əvvəlidir, bəzi futzalçılarımız tam formada deyil, zədəlilərimiz var".
Vilelanın sözlərinə görə, Polşa ilə matçda hesab 3:1 olduqdan sonra daha diqqətli oynamalı idilər: "Çünki qarşımızda güclü rəqib var idi. Təəssüf ki, səhvlərdən qaça bilmədik. Amma önəmli olan yekun nəticə idi ki, biz də bunu xeyrimizə dəyişə bildik".
Dünən istirahət etdiklərini söyləyən oyunçu artıq Yunanıstanla matçın hazırlığına başladıqlarını əlavə edib: "Bu gün Bakıda son məşqimizi keçəcəyik və Afinaya yollanacağıq. Rəqibə hörmətlə yanaşırıq. Qarşımlzdakı komandanın zəif və ya güclü olmasından asılı olmayaraq, qələbə 3 xal verir. Biz də xal ehtiyatımızı artırmaq üçün mütləq qalib gəlməliyik".
Qeyd edək ki, Yunanıstan - Azərbaycan görüşü oktyabrın 11-də keçiriləcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol