Azərbaycan Qran-prisində lider dəyişib

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış davam edir. 

"Report"un məlumatına görə, 21-ci dövrədə  "Ferrari"nin pilotu Şarl Leklerin mübarizəni dayandırmasından sonra lider dəyişib. 

"Red Bull"da Maks Ferstappen birinci pilləni ələ keçirib. Onun komanda yoldaşı Serxio Peres, "Uilyams"dan Corc Rassell üçüncü sıradadır.