Azərbaycanın titullu güləşçisi karyerası ilə bağlı qərar verib

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev karyerası ilə bağlı qərar verib.
"Report"un məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan üçqat dünya və üçqat Avropa çempionu bununla bağlı feysbuk səhifəsində paylaşım edib.
Postda "Paris-2024" yazan titullu idmançı 2024-cü ildə Fransa paytaxtında keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak edəcəyinə işarə vurub.
Qeyd edək ki, Hacı Əliyev Tokio-2020 Yay Olimpiya Oyunlarında gümüş medal qazanıb.