Azərbaycanlı qapıçı Rusiya klubuna transfer oldu

Futzal üzrə “Araz-Naxçıvan” klubunun və Azərbaycan millisinin qapıçısı Rövşən Hüseynli karyerasını Rusiyada davam etdirəcək.

Oxu.Az xəbər verir ki, təcrübəli qolkiper Superliqanın lideri “Torpedo” ilə anlaşıb.

Martın 27-də yeni klubuna qoşulacaq Rövşən Hüseynli qarşıdakı iki ay müddətində bu komandanın qapısını qoruyacaq.