Canni De Byazi: "Uşaqlar bundan artığını edə bilməzdilər"
Yusif Sultanoğlu
20:00 19.11.2023
İdman
580
"Bu gün 10 nəfərlə oynamaq çətin idi. Uşaqlar bundan artığını edə bilməzdilər".
"Report"un Brüsselə ezam olunan əməkdaşının məlumatına görə, bunları Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi səfərdə Belçikaya 0:5 hesabı ilə uduzduqları AVRO-2024-ün seçmə mərhələsinin sonuncu turunun matçından sonra mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis qarşılaşmanın çox ağır alındığını vurğulayıb: "Güclü rəqibə qarşı mübarizə apardıq. Qrupda yalnız bir heç-heçələri var idi. O da məlum səbəblərə görə yarımçıq dayandırılan görüşdür. Üç gündən bir oynamaq bizə çətindir. Seçmə mərhələdə az xal yığsaq da, sonadək mübarizə apardıq".
İtaliyalı baş məşqçi Eddi İsrafilova start heyətində şans verməsinə toxunub: "Fiziki baxımdan bunu nəzərə almalıyıq. Özümüz də uşaqlarla danışırıq. Eddi İsveçə qarşı yaxşı oyun sərgiləmişdi. Planımız fasilədə onu Coşqun Diniyevlə əvəzləmək idi. Amma alınmadı. İkinci hissədən daha çox razı qaldım. Birinci hissəyə yaxşı başlamamışdıq. Mənim komandalarım heç vaxt təslim olmamalıdır. 8 nəfərlə qalsaq da, sonadək döyüşməliyik".
Mütəxəssis yığmadan ayrılacağı təqdirdə yerli jurnalistlərin suallarından darıxmayacağını söyləyib: "Karyeramda ilk dəfə belə halla rastlaşıram. Mənim günahım deyil. Burada işləyirəm və sizinlə görüşməyə məcburam. Bizim inkişafımızı görmək istəmirsiz. Qat-qat çox iş görmüşük. Mentaliteti dəyişirik”.
De Byazi suallardan əsəbiləşərək, konfransı yarımçıq tərk edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya
Yer kürəsində maqnit fırtınası qeydə alınıb
14:41 16.05.2026
Dünya
Üztanıma ilə ödəniş sistemində problem yaranıb? - ADY
14:24 16.05.2026
Cəmiyyət