DÇ-2022: Qana Cənubi Koreyaya qalib gəldi - YENİLƏNİB + VİDEO

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşma başa çatıb. 
Oxu.Az xəbər verir ki, oyun Qananın qələbəsi ilə başa çatıb - 3:2. 


18:29

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşmada hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, matçın 69-cu dəqiqəsində Muhammed Kudus Qananı yenidən önə çıxaran qolu vurub - 3:2.  

18:21

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşmada hesab dəyişib. 

Oxu.Az xəbər verir ki, matçın 58-ci və 60-cı dəqiqələrində Cənubi Koreyanın heyətində Sun Kyu Ço iki qol vuraraq hesabı bərabərləşdirib - 2:2.


18:11

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşmada ikinci hissə başlayıb.

İlk hissədən sonra Qana millisi iki top fərqi ilə öndədir. 

17:51

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşmada ilk hissə başa çatıb.

İlk hissədən sonra Qana millisi iki top fərqi ilə öndədir. 

17:36

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşmada hesab arasındakı fərq artıb. 

Oxu.Az xəbər verir ki, oyunun 34-cü dəqiqədə Mohammed Kudus Qana millisinin ikinci qolunu vurub.

17:25

Qana millisi Cənubi Koreya ilə oyunda hesabı açıb. 24-cü dəqiqədə M.Salisu afrikalıları hesabda önə çıxarıb.

17:01

Qətərdə keçirilən dünya çempionatının H qrupunda ikinci tur çərçivəsində Cənubi Koreya və Qana milliləri arasında qarşılaşma start götürüb. 

16:15

Qətərdə keçirilən dünya çempionatının H qrupunun ikinci turunda üz-üzə gələcək Cənubi Koreya və Qana yığmalarının start heyətləri açıqlanıb.

“Report” xəbər verir ki, komandalar matça aşağıdakı heyətlərlə başlayacaqlar:

Cənubi Koreya: 1. Kim Sunqyu, 3. Kim Jin Su, 19. Kim Yunq Qvon, 4. Kim Min Ji, 15. Kim Mun Hvan, 6. Hvan İn Beom, 5. Yung Vu Yunq, 22. Hun Çan Kvon, 25. Yun Vu Yonq, 7. Hın Min Son, 9. Sun Kyu Ço

Qana: 1. Laurens Aitiziqi, 14. Cideon Mensah, 4. Mohammed Salisu, 18. Daniel Amarte, 2. Tariq Lampte, 21. Salis Abdulsamed, 20. Mohammed Kudus, 5. Tomas Parte, 9. Cordan Ayu, 19. İnaki Uillyams, 10. Andre Ayu

Qeyd edək ki, oyun saat 17:00-da start götürəcək.