Deputat:“De Byazi “eşşək otaran”dır, belə də yazarsınız”
Yusif Nəzərli
13:44 13.06.2022
İdman
1157
“Bizim futbolçular gözəl oyun oynayırlar, özlərini öldürürlər. Bütün canlarını qoyurlar”
“De Byazi getsin bir az futbola baxsın, Gürcüstanın futbolunu izləsin...”
Ötən gün Azərbaycanın minifutbol üzrə milli komandasının Avropa çempionu olması ölkədə nəinki idman sevərləri, hətta idmanla maraqlanmayan şəxsləri belə sevindirib. Futbolumuzun zəif dinamika ilə inkişaf etdiyi belə bir zamanda mini futbol komandamızın qalibiyyət xəbəri futbol həvəskarlarında bu idman növünün gələcəyinə ümid yaradıb. Eyni zamanda “kollektiv oyunları bacarmırıq” kimi mifi sual altına alıb.
"Azvision.az" saytının baş redaktor Vüsal Məmədov da bu xəbərə reaskiya verib:
“Minifutbolda Avropa çempionu olmağımızdan çıxan ən vacib nəticə odur ki, biz komanda oyunlarını oynaya bilirik. Skeptiklərin ən vacib arqumenti darmadağın edildi”, - öz Feysbuk hesabında paylaşım edib.
“525-ci qəzet”in baş redaktoru Rəşad Məcid də bu mövzudan yan keçməyib. O, öz paylaşımında idman jurnalistlərinə səslənib:
“Quru” yerdən çempion çıxmaz. Minifutboldakı qələbənin səbəbi, kökü barədə idman jurnalistləri araşdırma aparmalıdırlar. Çempionluğa gətirən yollar , futzal və minifutbola gizlin , təvazökar maraq , həvəskarlar arasında minifutbola alovlu münasibət- bunlar təhlilə gələn , araşdırılması vacib məsələlərdir. Yeri gəlmişkən, deyir həvəskarlar öz aralarında bu futbolu “dır-dır” adlandırırlar. Hətta bəziləri minifutbolun - küçə, məhlə futbolunun Bakıda yaranmasını israr edir, populyarlığını dilə gətirirlər”.
Millət vəkili, “Ədalət” qəzetinin təsisçisi Aqil Abbas “Sherg.az”a açıqlamasında bildirib ki, belə bir qalibiyyəti futbolumuzdan gözləməməliyik:
“Azərbaycan milli futbol komandasının baş məşqçisi Cianni De Byazidır. Ona görə də milli komandadan heçnə gözləməyin. Bunu səmimi və futbolu bilən bir adam kimi deyirəm.
Futbolumuzdan belə bir şey gözləmək boş sözdür. Futbolçularımız özlərini öldürür,amma neynəsinlər. Futbol təkcə oyunçunun oynaması deyil, həmçinin məşqçinin sistemidir.
De Byazi isə “eşşək otaran”dır, belə də yazarsınız. Bizim futbolçular gözəl oyun oynayırlar, özlərini öldürürlər. Bütün canlarını qoyurlar. De Byazi getsin bir az futbola baxsın, Gürcüstanın futbolunu izləsin...”.
Qeyd edək ki, 11 iyunda Azərbaycanın minifutbol üzrə millisi tarixində ilk dəfə qitə çempionu olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kaya Kallas: Hörmüz boğazında keçid sərbəst olmalıdır
15:31 01.09.2026
Gündəm
Türkiyə Prezidenti Məkkə Müdafiə İttifaqı barədə açıqlama verdi
14:35 01.09.2026
Gündəm
KİV: Trampa dəstək Baydenin ən aşağı reytinqindən də aşağı düşüb
14:08 01.09.2026
Gündəm
Şahbaz Şərif BMT-də islahatların aparılmasına çağırıb
13:51 01.09.2026
Dünya
Balıq ovu mövsümü açıq elan edildi
12:56 01.09.2026
Sosial
Sabahın hava proqnozu açıqlanıb
12:45 01.09.2026
Ekologiya
Kremldən Əliyev-Putin görüşü barədə AÇIQLAMA
12:12 01.09.2026
Gündəm
Ararat Mirzoyanın qızı Niderlandda universitetə qəbul olunub
12:03 01.09.2026
Dünya
“Barselona”dan Messiyə dəstək: Azarkeşlər səninlə fəxr edir
11:51 01.09.2026
Futbol
Azad edilmiş ərazilərdə ötən ay 635 mina, 2724 PHS aşkarlanıb
11:07 01.09.2026
Aktual
Ötən gecə Bakıya dolu düşüb, leysan olub - FAKTİKİ HAVA
10:41 01.09.2026
Ekologiya