Dibala ÇL oyununu buraxacaq

"Yuventus"un futbolçusu Paolo Dibala Çempionlar Liqasının 1/8 finalında "Vilyarreal"la oyunu buraxacaq. 

Qol.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb. 28 yaşlı hücumçu A seriyasının 26-cı turunda "Torino" ilə matçda sıradan çıxıb. Onun bu səbəbdən də "Vilyarreal"la qarşılaşmada iştirak etməyəcək. 

Qeyd edək ki, sözügedən oyun fevralın 22-si Bakı vaxtı ilə 00:00-da başlayacaq.