Dünya çempionu: “Bakı mənim üçün unudulmaz şəhər olacaq”
16:46 18.08.2023
İdman
672
Bu gün Bakıda keçirilən dünya çempionatında qadınlar arasında stend atıcılığının dairəvi növü üzrə yarışın qızıl medalını qazanan Danka Bartekova 25 ildir ki, bu günü gözlədiyini bildirib və mükafatlandırma mərasimində göz yaşlarını saxlaya bilməyib.
“Report” xəbər verir ki, Bartekova qızıl medal təəssüratlarını bölüşərək, jurnalistlərin suallarını cavablandırıb.
- Dünya çempionu olmağa 9 dəfə yaxın olmuşdunuz. Bu dəfə “qızıl” istəyinizə çatdınız. Bu medal sizin üçün nə deməkdir? Bakı yadınızda necə qalacaq?
- İlk dəfə Bakıya 2015-ci ildə Avropa Oyunları zamanı gəlmişdim. Həmin yarışda həm fərdi, həm də komanda yarışında 4-cü olmuşdum. Buna qədər gümüş və bürünc medallarım var idi. Qızıl medalı çox gözləyirdim. Budəfəki turnir yeni uğur qazanmaq üçün şans idi. Buna nail oldum. Bakıda qazandığım qızıl medal karyeramın zirvəsidir. Qeyd etmək istəyirəm ki, dünya çempionatı mükəmməl şəkildə təşkil olunub. Burada çox gözəl mühit var. Bu yarış bizim üçün lisenziya baxımından da vacib idi. Mən Paris-2024-ə lisenziya qazandım.
- Finalda sanki əziyyət çəkirdiniz. Tez-tez irəli-geri hərəkət edirdiniz. Küləklə bağlı problem var idi?
- Bəli, final həqiqətən çətin oldu. Meh və küləyin sürəti bizə bəzən mane olurdu. Çətinlik çəkdiyimi etiraf etməliyəm. Özümlə fəxr edirəm ki, bunun öhdəsindən gəldim. Finaldakı rəqibim olan ABŞ təmsilçisi Daniya Visi çox güclü rəqib idi. Çətinliklərin öhdəsindən gəlib çempion oldum.
- Mükafatlandırma mərasimində göz yaşlarınız axdı. Bu, təcrübəli idmançılarda çox nadir hallarda olur. Göz yaşlarının xüsusi səbəbi var idi?
- Cavab çox sadədir. Bu medal 25 ilimi aldı. Buna görə məhz 25 il gözlədim. Mənim üçün mənası çox böyükdür. Açığı, emosianallıq var idi. Bu səbəbdən göz yaşları özünü göstərdi.
- Belə demək olarmı ki, Bakı sizin həyatınızda unudulmaz şəhər olaraq qalacaq...
- Əlbəttə, şübhəsiz. Bu anlara görə Bakını heç vaxt unutmayacağam. Bakı həm də çox gözəl şəhərdir. Mərkəzi inanılmaz dərəcədə bəyənirəm. İçərişəhəri xüsusilə vurğulamaq istəyirəm. Stresimi atmaq üçün tez-tez buraya baş çəkirəm.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur