“Formula-2”: Dennis Xauqer birinci olub

Bakıda Azərbaycan Qran-prisi çərçivəsində keçirilən “Formula-2” üzrə yürüşlər yekunlaşıb.

Apasport.az saytının məlumatına görə, bu gün keçirilən yarış Dennis Xauqerin qələbəsi ilə başa çatıb.

11 komandanın pilotları 29 dövrə vuraraq, qalibi müəyyənləşdiriblər. “Prema”nın üzvü rəqiblərini qabaqlayaraq, finişə birinci çatıb.