Gündüz Abdullayev Avropa çempionatının ən yaxşısı hakimi adını qazanıb

Albaniyanın paytaxtı Tiranada keçirilən 21 yaşadək taekvondoçular arasında Avropa çempionatının ən yaxşı hakiminin adı açıqlanıb.

Sherg.az  xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının baş hakimi Gündüz Abdullayev bu ada layiq görülüb.

O, Avropa Taekvondo Birliyinin xüsusi hədiyyəsi ilə mükafatlandırılıb.