Heydər Əliyevin 100 illiyinə həsr olunmuş çempionat keçirilib-FOTO
Yusif Nəzərli
17:05 08.10.2023
İdman
690
Bu gün Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının və Azərbaycan Qan Donorlarının İnkişafı Mərkəzinin dəstəyi və lNBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin təşkilatçılığı ilə Ümummili Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş natural bodibildinq və fitnes üzrə 1-ci Avrasiya Çempionatı keçirilib.
"Sherg.az" xəbər verir ki, yarışdan öncə Ümummilli lider Heydər Əliyevin və Vətən Müharibəsi şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
Sonra Ümummilli lider Heydər Əliyevin həyat yolundan bəhs edilən filim izlənilib.
Tədbir bədii hissə ilə davam edib.
Öncə Azərbaycan Televiziyasının və Müğam Mərkəzinin solisti, xanəndə Mirələm Mirələmovun ifasından sonra Azərbaycan Rəqs qrupu və Baku Band qrupunun çıxışı ilə bədii hissəyə yekun vurulub.
Daha sonra Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev çıxış edərək Ulu öndər Heydər Əliyevin Azərbaycan idmanın inkişafına verdiyi tövhələrdən danışıb.
INBA Qlobal Azərbaycan və lNBA Qlobal Avrasiya birliyinin prezidenti Elnur Şıxəliyev yarışın mahiyyəti haqqında vəlumat verib və ilk dəfə ölkəmizdə təşkil olunan 1-ci Avrasiya Çempionatında ilk dəfə olaraq fiziki məhdudiyyətli idmançıların iştirak etdiyini vurğulayıb. O qeyd edərək bildirib ki, məqsədimiz fiziki məhdudiyyətli idmançıların təlim - məşq toplanışını təmin edərək, onların beynəlxalq yarışlarda iştirakını təmin etməkdir.
Çempionatda 100-ə qədər idmançı
Kids Fitnes, Fizikal Çelenced , Men's Fizik, Sport Model, Men's Atletik, Classic Fizik və Men's bodibildinq kateqoriyalarında mübarizə aparıblar.
Fərqlənən idmançılara diplom, medal, kubok və dəyərli hədiyyələr təqdim olunub.
Həmçinin INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyinin prezidenti Elnur Şıxəliyev Azərbaycan Qan Donorlarının İnkişafı Mərkəzinin idarə heyətinin qərarı ilə fəxri üzv qəbul olunub.
Həmçinin INBA Qlobal Avrasiya və lNBA Qlobal Azərbaycan birliyi tərəfindən "Əlliliyi olan şəxslərə dəstək" ictimai birliyinin üzvlərinin əl işlərinin nümayiş olunması üçün sərgi təşkil olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya