Əməkdar jurnalist: "Məhz adlı- şanlı veteranların köməyi ilə ölkəmizdə yüzlərlə məşhur çempion yetişib"
İdmançılara dəstək ölkəmizdə ənənəyə çevrilib
Banuçiçək Kalbalıyeva
13:38 24.05.2020
İdman
848
Gənclər və Idman Nazirliyinin təşkilatçılığı, Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin 30-dan artıq könüllüsünün iştirakı ilə Bakı şəhəri və Bakı ətrafı qəsəbələrdə yaşayan 70-dən artıq idman veteranına yardım göstərilib.
Yardım göstərilənlər sırasında Yaşar Məmmədov, Rafiq Məlik-Yeqanov, Tofiq Babanlı, Lyudmila Şubina, Rəfiqə Şabanova, Elxan Əliyev, Camal Yaqubov, Şahmar Mustafayev, Məryəm Bağbanlı, Yaqub Məmmədov, İsmayıl Əbdülqədir, Elmira Hüseynova, Züleyxa Hacıyeva və digər veteran idmançılar olub.
Bu barədə fikirlərini "Sherg.az"la bölüşən veteran idman jurnalisti, Əməkdar jurnalist Oqtay Bayramov addımı yüksək qiymətləndirib:
"Gənclər və İdman Nazirliyinin idman veteranlarına dəstəyi xoş təşəbbüsdür. Biz hamımız bu gün Azərbaycanın dünyada bir idman ölkəsi kimi tanınması ilə qürur duyarkən veteran idmançılarımızı xüsusi minnətdarlıq hissi ilə yada salırıq. İdman veteranlarımızın sıralarında Olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının, daha neçə- neçə mötəbər beynəlxalq yarışın qalib və mükafatçıları var. Deməli, onlar hər cür qayğı və diqqətə layiqdirlər".
O. Bayramov, həmçinin əlavə etdi ki, Azərbaycanı dünyada tanıdan idmançılara dəstək ölkəmizdə ənənəyə çevrilib:
"Məhz adlı - şanlı veteranların köməyi ilə ölkəmizdə yüzlərlə məşhur çempion yetişib. Onlar həmişə Azərbaycanda idmanın daha da inkişafı işinə öz töhfələrini veriblər və yenə də bu şərəfli işi bacardıqca davam etdirirlər.
Təsadüfi deyil ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev çıxışlarından birində demişdi ki, Azərbaycan idmanının veteranları ölkəmizdə idmanın inkişafı üçün çox işlər görüblər, yaxşı ənənələr yaradıblar, gənclərimiz üçün yaxşı yollar açıblar...".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya MN: Ukraynanın son sutkada 780 PUA-sı vurulub
15:53 20.05.2026
Dünya
"Arsenal"ın 16 yaşlı futbolçusu tarix yazdı
15:19 20.05.2026
Futbol
Moskva və Pekin “Qızıl Günbəz” layihəsini tənqid edib
15:15 20.05.2026
Dünya
Minimum tarif Bakı-Tbilisi marşrutu üçün 81 manatdır
15:07 20.05.2026
Aktual
Azərbaycanda bu sahədə 3 qadın çalışır
14:38 20.05.2026
Cəmiyyət
“Ermənistan-Rusiya gərginliyi süni yaradılıb” - Tofiq Zülfüqarov
14:34 20.05.2026
Region
Bakıda üç gölün tullantılardan təmizlənməsi nəzərdə tutulur
13:36 20.05.2026
Gündəm
Noyerin DÇ-2026-da iştirakı ilə bağlı qərar sabah veriləcək
13:15 20.05.2026
Futbol
“Bakcell”in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
13:10 20.05.2026
Ölkə
120 nəfər müharibə veteranı üçün kiçik bizneslər qurulub
12:27 20.05.2026
İqtisadiyyat