London derbisində “topçular” “Tottenhem”ə dərs keçdilər - VİDEO

İngiltərə Premyer Liqasının doqquzuncu turu çərçivəsində baş tutan “Arsenal” - “Tottenhem” matçında ev sahibləri böyük hesablı qələbə qazanıblar. 
Oxu.Az xəbər verir ki, “Emireyts Stedium”da baş tutan qarşılaşmada hesab 20-ci dəqiqədə açılıb.
Belə ki, “topçular”ın heyətində Tomas Parti fərqlənib, 1-0. 
Harri Keynin qolu isə özünü çox gözlətməyib. 31-ci dəqiqədə ingilis forvard penalti zərbəsindən hesabı bərabərləşdirib. 
İkinci hissə başlar-başlamaz ev sahibi yenidən hesabda önə keçib. Qabriel Jesus adını taploya yazdırıb, 2-1. 
62-ci dəqiqədə “Tottenhem”in sağ cinah yarımmüdafiəçisi Emerson kobud oyuna görə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. 
Qarşılaşmanın 67-ci dəqiqəsində Qranit Jaka Martinellinin ötürməsini qola çevirərək ev sahiblərinin üstünlüyünü daha da artırıb, 3-1. Bu, oyunda vurulan son qol olub. 
Bu qələbədən sonra “Arsenal” liderliyini möhkəmləndirib.