Macarıstanlı dünya çempionu: “Nəhayət, Bakıda qızıl medal mənim oldu”
11:37 26.08.2023
İdman
604
Bakıda keçirilən atıcılıq üzrə 53-cü dünya çempionatında bu gün atıcılığın maraqlı növlərindən olan 300 metr məsafəyə tüfəngdən atəş açma üzrə kişilər arasında yarışlar keçirilib.
Oxu.Az xəbər verir ki, bu növdə Macarıstan təmsilçisi İstvan Peni qızıl medal qazanıb. O, “gümüş”ün sahibi norveçli Andre Kim Landla eyni miqdarda - 587 xal toplasa da, əlavə göstəricilərə görə həmkarını qabaqlayıb. Bürünc medal isə İstvan və Andredən 1 xal az toplayan ABŞ atıcısı Timoti Şerrinin olub.
Komanda yarışında Avstriya komandası qızıl medal qazanıb. İsveçrə gümüş, Norveç isə bürünc medala sahib çıxıb.
Mükafatlandırma mərasimindən sonra İstvan Peni yarışla bağlı təəssüratlarını bölüşüb:
“300 metr məsafəyə tüfəngdən atəş açma çox çətin növdür. Normal yarışlardan fərqli olaraq, bizim tüfəngimizin çəkisi ağır olur. Digər növlərlə müqayisədə bir az çətinlik yaradır. Amma hədəfin ölçüsü bir az böyük olur. Mən xoşbəxtəm ki, qalib gəldim. 2018-ci ildəki dünya çempionatında gümüş, ötən il Misirdə keçirilən mundialda isə bürünc medal qazanmışdım. Nəhayət, Bakıda qızıl medal mənim oldu. Artıq kolleksiyamda bir dəst medal var”.
Macarıstanlı atıcı olimpiya növü olmamasına rəğmən bu kateqoriyanı seçmə səbəbini açıqlayıb:
“10, 25 və 50 metr məsafəyə atəş açma növlərində də iştirak etmişəm. Niyə 300 metri sevirəm? Ümumiyyətlə, atıcılıq mənim həyatımdır. Silahı tutmaq, onunla davranmaq, barıtın qoxusu, patronun düşməsi... Bunların hamısı mənim üçün stimuldur və əyləncədir”.
İstvan Peni paytaxtımız və Bakı Atıcılıq mərkəzi barədə də fikirlərini bölüşüb:
“Bakıya ilk dəfə 2015-ci ildə gəlmişəm. Burada alışmadığımız tək şey havanın tez-tez küləkli olmasıdır. Bu da təbii prosesdir. Çünki Bakı küləklər şəhəridir. Amma paytaxtınız və bu mərkəz çox gözəldir. Hər gəlişimdə inkişaf edən gözəl şəhər görürəm. Bakı hər dəfə dəyişir. Azərbaycan Atıcılıq Federasiyasının fəaliyyətinə də toxunmaq lazımdır. Burada böyük işlər görülür. Yaradılan mərkəz sayəsində bu idman növünün inkişafı yönündə addımlar atılır. Belə yarışların təşkili bunu sübut edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur