Mariya Stadnik: "Ukrayna insanlar çox gərgin vəziyyətdədir”


Rusiya ilə Ukrayna arasında müharibə ehtimalının artması dünya gündəmini zəbt edən əsas məsələyə çevrilib. Siyasi analitiklər silahların işə düşməsinin çox da uzaqda olmadığını, hətta yaxın saatlarda müharibənin başlayacağını bildirirlər. 

Oxu.Az xəbər verir ki, Ukrayna əsilli azərbaycanlı dünya çempionu, güləşçi Mariya Stadnik Rusiya-Ukrayna məsələsi ilə bağlı Yenisabah.az-a açıqlama verib.

O, hazırda Ukraynada olduğunu və orada vəziyyətin getdikcə gərginləşdiyini bildirib:

“Hazırda Ukraynanın Lvov şəhərindəyəm. Burada hələ sakitlikdir. Lakin insanlar çox gərgin vəziyyətdədir. Ölkənin qərbinə doğru sürətli axın var. Məktəblər bağlanıb. Şəhərdə olan sığınacaqlar hər ehtimala qarşı işarələnir. Dəqiq informasiya isə verilmir.

Biz Ukrayna xalqı olaraq sülhə ümid edirik. Lakin böyük ehtimalla müharibə olacaq”.