Qarabağ dərsi, dərsliyə salınacaq FƏNN
08:53 07.10.2022
İdman
734
Elşad Eyvazlı
Qələbə ənənəyə çevrilir.
İki il öncə bu vaxtlar Azərbaycan əsgəri torpaqlarımızın azadlığı uğrunda müqəddəs savaşa atılmışdı. 44 günün sonunda Azərbaycan əsgəri öz canı, qanı bahasına Ermənistanı işğal etdiyi torpaqlarımızdan qovdu və xalqımıza qələbə daddırdı.
Heç fikir vermisiniz, indi cəmiyyətdə hər kəs nəsə axtarır, insanların içində sanki qeyri-müəyyən bir narazılıq var. Əslində bu narazılıq insanların özləri ilə bağlıdır. Azərbaycan insanı özünü, həyatını, işini bu qələbəyə uzlaşdırmaq, uyğunlaşdırmaq istəyir.
Asandımı, deyil, 30 ilin ətalətindən bir anda qopmaq… 300-500 ilin məğlubiyyətinin mənəvi, psixoloji və digər basqılarından bir anda yaxa qurtarmaq…
Ancaq insanların içində buna böyük istək var. Göz önündə Şuşa qayalarını aşan örnək ƏSGƏR var.
İstək varsa, örnək varsa YETƏR…
Azərbaycan əsgərinin xalqa bəxş etdiyi Qələbə ənənəyə çevrilir.
Bu Qələbənin atası Azərbaycan Prezidenti İlham Əliyevdir!
Praqada Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan diplomatiyasını, “böyük ermənistan” ideologiyasını məhv etdi, cəhənnəmə göndərdi.
Özü də açıq şəkildə Ermənistanı daim müdafiə edən Fransa prezidenti Emmanuel Makronun gözü baxa-baxa, elə onun öz iştirakı ilə...
…Və nəhayət, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıdı.
Bu, 44 günlük Zəfər tariximizin memarı İlham Əliyevin gücü, qüdrəti, Azərbaycan sevgisidir. Torpaqlarımızın azadlığı uğrunda canlarından keçən Şəhid övladlarına içində yanan qürurlu ata fırtınasıdır.
Bu, həm də Qarabağ dərsi idi…
Şübhə etməyin ki, bundan sonra Qarabağ dərsini bir fənn kimi Ermənistan və onun havadarları öz dərsliklərinə salacaqlar.
Azərbaycan əsgərinin xalqa bəxş etdiyi Qələbə ənənəyə çevrilir.
Sənə Qələbə çox yaraşır, Azərbaycan Xalqı!
Ənənəsi olan Qələbə əbədiyyətə məhkumdur.
“Qarabağ” FK Yunanıstanda “Olimpiakos”u darmadağın etdi, məğlub etmədi, məhz darmadağın etdi. “Olimpiakos”un qapısına vurulan üç topu rəqibin komandasında çıxış edən məşhurlar, o cümlədən dünyanın futbol ulduzu Marsello belə heyrətlə izləməyə məcbur oldu.
Hətta hakimin birmənalı şəkildə “Olimpiakos” tərəfində olması nəticəyə təsir edə bilmədi. Səbəb çox sadə idi. Ortada “Qarabağ”ın başında duran kişinin, futbolumuzun generalı Qurban Qurbanovun Vətəninə sevgisi var. General öz əsgərlərinin gücünü dünya futboluna qəbul etdirdi.
Oyun zamanı Ermənistanın havadarı olan Yunanıstanda stadiona gətirilən erməni bayrağı sonda sahibsiz şəkildə ortalıqda qaldı.
Bu, da Qarabağ dərsi idi…
Şübhə etməyin ki, bundan sonra Qarabağ dərsini bir fənn kimi Yunanıstan futbolu dərsliyə salacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol