Qurban Qurbanovdan transfer açıqlaması - O da “Qarabağ”a gəlir?
Yusif Nəzərli
19:25 30.06.2025
İdman
316
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə” ilə bu gün keçirilən yoxlama matçından sonra fikirlərini bölüşüb.
“Qafqazinfo” xəbər verir ki, o, 4:0 hesabı ilə qalib gəldikləri matçı belə şərh edib:
“Maraqlı oyun alındı. Xüsusən də, birinci hissədə rəqib çox yaxşı təşkilatlanmış şəkildə görünürdü. İkinci hissə bir qədər fərqli oldu. Erkən qollar vurduq, oyun bizim üçün asanlaşdı. Bəzi səhvlərimiz oldu ki, bu da gözlənilən idi. Çünki futbolçuların hazırlıq durumu hələ qaydasında deyil. Belə məqamda onlardan yüksək dinamikli oyun tələb etmək də düzgün olmazdı. Komandanın fiziki durumu hələ tam istədiyimiz səviyyədə deyil.Ümumən oyunçuları daha yaxşı gördüm. Lakin səhvlərimiz var idi. Bəzi qəbulolunmaz səhvlər oldu. Onları burada görməyimiz daha yaxşıdır. İnşallah, Avstriya toplanışında çatışmazlıqlara daha çox diqqət ayıracağıq”.
Baş məşqçi transfer çalışmalarının davam etdiyini bildirib: “Həmişə olduğu kimi, transfer danışıqları gedir. Bu məsələnin üzərinə çox ciddi düşmüşük. Ola bilər, qarşıdakı günlərdə, ola bilər 10 gündən sonra, yaxud bir aydan sonra reallaşsın. Bu, elə bir prosesdir ki, dərhal həll olunmur. Çalışırıq ki, bir yox, bir neçə transfer reallaşdıraq”.
Q.Qurbanov mətbuatda “Qarabağ”la müqaviləsinin bu gün başa çatmasının göstərilməsi ilə bağlı isə deyib: “Hələ müqaviləm var. Səhv eləmirəmsə, 2027-ci ilə kimidir”.
Q.Qurbanov Çempionlar Liqasındakı potensial rəqiblərin oyununa köməkçilərindən kimisə göndərmək fikrində olmadığını da qeyd edib.
“Qarabağ”ın çalışdırıcısı “Zaqreb “Dinamo”sunun müdafiəçisi Sami Mmaenin adı transfer siyahınızda var?” sualını belə cavablandırıb: “Ola bilər siyahıda olsun”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp ABŞ-da fövqəladə vəziyyət elan etdi
11:10 27.08.2026
Dünya
"Sabah"ın Çempionlar Liqasından qazancı 20 milyon avronu keçdi
10:57 27.08.2026
Futbol
Leysan yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
10:21 27.08.2026
Ekologiya
FHN-dən güclü külək və yağışla bağlı XƏBƏRDARLIQ
09:51 27.08.2026
Ekologiya
Cinayət işi: Könül Kərimovanın da adı hallanır – DETALLAR
09:48 27.08.2026
Hadisə
Azərbaycanda bu ad cəmi 3 uşağa verilib
09:39 27.08.2026
Cəmiyyət
Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
09:37 27.08.2026
Elm və Təhsil
Nigar Fərhad saxlanılıb
09:26 27.08.2026
Hadisə
Köçəryan iki ay müddətinə həbs edilib
08:57 27.08.2026
Region
Britninin oğlu reklam siması oldu -FOTO
08:40 27.08.2026
Şou
Livan prezidenti strateji yüksəkliklərin orduya verilməsinə çalışır
08:08 27.08.2026
Dünya
Asqırıq, qaz, sidik istəklərini saxlamaq olmaz – Həkimlər
07:37 27.08.2026
Sağlamlıq
Azərbaycanda bu ad cəmi 3 uşağa verildi
06:26 27.08.2026
Sosial
Soyuducunu təmizləyərkən bu səhvə yol verməyin
04:24 27.08.2026
Maraqlı
Bakıda böyüyən türk aktrisanın toyu oldu
03:51 27.08.2026
Şou