Şahruddin Məhəmmədəliyev: “Olimpiakos”la Bakıdakı oyun daha vacibdir”
Yusif Nəzərli
11:45 08.10.2022
İdman
633
“Qarşıda bizi “Olimpiakos”la ikinci oyun gözləyir. Bu qarşılaşma daha vacibdir. Bizə mütləq üç xal lazımdır”.
Bunu “Report”a açıqlamasında Azərbaycan milli komandasının və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Bakıda Yunanıstan “Olimpiakos”una qarşı keçirəcəkləri UEFA Avropa Liqasının IV tur oyunu barədə danışarkən deyib.
28 yaşlı qolkiper səfərdə 0:3 hesabı ilə məğlub etdikləri Pirey təmsilçisinin yaxşı komanda olduğunu bildirib:
“Çox çətin oyun oldu. Buna baxmayaraq, səfərdə inamlı qələbə qazandıq”.
“Olimpiakos”la oyunda cərimə zərbəsi zamanı etdiyi əla seyvə də toxunan Məhəmmədəliyev, sadəcə, öz işini gördüyünü söyləyib:
“Meydanda hərənin öz işi var. Seyv etmək də mənim işimdir. Qapıda dayanıramsa, topları götürməliyəm. “Viktoriya” ilə matçdan sonra tənqid edildim. Mənim üçün çətin idi. Milli komandaya, “Qarabağ”a kömək etmək üçün çox çalışıram”.
O, hazırda Konfrans Liqası barədə düşünmədiklərini vurğulayıb:
“Əsas hədəfimiz Avropa Liqası ilə bağlıdır. Pley-offa qrup birincisi kimi çıxmaq istəyirik”.
Qeyd edək ki, oktyabrın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ”-“Olimpiakos” matçı saat 20:45-də başlayacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
17:33 19.10.2026
Media
Soyuq salamlaşma - Özgür Özəl Kamal Kılıçdaroğlunun üzünə baxmadı
17:23 19.10.2026
Gündəm
Tramp: Fransa ələ keçirilib, təcili sərhədlər bağlanmalıdır
17:18 19.10.2026
Gündəm
“Falçılıq” adı altında dələduzluq edən şəxs saxlanılıb
17:02 19.10.2026
Hadisə
Kiyevsiz sülh razılaşması mümkün deyil - Peskov
16:41 19.10.2026
Dünya
Ötən ay Azərbaycan vətəndaşları Türkiyədə 70 mənzil alıb
16:07 19.10.2026
Sosial
Tramp Fransanı sərhədlərini dərhal bağlamağa çağırıb
15:44 19.10.2026
Gündəm
İsrail liderindən xəbərdarlıq: İstənilən an vura bilərik
15:22 19.10.2026
Dünya
Lavrov İrana səfər edib
15:15 19.10.2026
Dünya
Anar Bayramov Səhiyyə Nazirliyinin kollektivinə təqdim olunub
14:43 19.10.2026
Sağlamlıq
Erməni nazir: Əsas vəzifəmiz Azərbaycanla sülh sazişi imzalamqdır
14:42 19.10.2026
Gündəm
“Oğlum ölmədi, öldürüldü” - Ana Mark Zukerberqi ittiham etdi
14:09 19.10.2026
Hadisə
“Sabah”ın rəqibləri “Borussiya” və “Napoli” eyni qapıçını istəyir
13:56 19.10.2026
Futbol