
ABŞ-nin sülh carçısı kimi çıxış etməsinin sevindirici haldır -Politoloq
11:21 29.10.2025
Siyasət
615
Cənubi Qafqazda baş verən geosiyasi dəyişikliklər regionun gələcəyi üçün yeni reallıqlar formalaşdırıb. Azərbaycan 2020-ci ildə ərazi bütövlüyünü bərpa etməklə bölgədə sülh və sabitlik üçün əsaslı zəmin yaratdı. Lakin müharibədən sonrakı dövrdə sülh müqaviləsinin imzalanması prosesi müəyyən çətinliklərlə üzləşdi. Bu mərhələdə beynəlxalq vasitəçilərin, xüsusilə də ABŞ-nin fəallığı diqqət çəkir.
Dünyanın aparıcı dövləti olan ABŞ-nin sülh təşəbbüsləri və Prezident Donald Trampın şəxsi vasitəçiliyi regionda yeni mərhələnin əsasını qoydu. ABŞ Prezidenti Cənubi Koreyada jurnalistlərə verdiyi açıqlamada Vaşinqtonda Azərbaycan və Ermənistan arasında onun vasitəçiliyi ilə əldə edilmiş razılaşmadan danışıb. Tramp bildirib ki, bu iki ölkə arasında 38 il davam edən münaqişənin həlli böyük diplomatik uğurdur. Onun sözlərinə görə, “hətta Putin də bu razılaşmaya heyranlığını ifadə edib və qeyd edib ki, bu münaqişəni uzun illər ərzində həll edə bilmirdilər”.
Bu hadisə təkcə regionda deyil, beynəlxalq arenada da sülh və əməkdaşlıq üçün yeni imkanlar açdı. Bu kontekstdə həm Ermənistan-Azərbaycan münasibətlərinin inkişafı, həm də Cənubi Qafqazda yaranan yeni siyasi mühitin təhlili mühüm əhəmiyyət daşıyır.
Politoloq Yusif Bağırzadə Sherg.az-a ABŞ-nin sülh carçısı kimi çıxış etməsinin sevindirici hal olduğunu bildirib:

"Sevindirici haldır ki, dünyanın bir nömrəli dövləti olan ABŞ-nin dövlət başçısı bu gün BMT-nin demək olar ki, fəaliyyət göstərmədiyi bir dövrdə sülh carçısı kimi çıxış edir. Bu, olduqca önəmli bir hadisədir. Ən mühüm məqam ondan ibarətdir ki, Donald Tramp beynəlxalq səfərlərində və görüşlərində bir sıra qlobal proseslərə münasibət bildirir. Bunlardan biri də 8 avqustda Vaşinqtonda imzalanan və razılaşdırılan Ermənistan-Azərbaycan sülh müqaviləsidir. Qeyd etmək lazımdır ki, Rusiya Prezidenti Vladimir Putin Tramp ilə söhbətində onun Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasındakı roluna toxunanda, bu prosesin çətinliyindən danışıb və Rusiyanın da bu istiqamətdə çox çalışdığını bildirmişdi. Azərbaycan-Ermənistan münasibətləri son dövrlərdə ikitərəfli formatda daha da irəliləyib. Çünki üçüncü dövlətlər və ya beynəlxalq təşkilatlar bu prosesə qoşulanda, öz maraqlarını önə çıxarırdılar. Bu səbəbdən də sülh sazişinin imzalanması uzun müddət mümkün olmadı. Azərbaycan öz torpaqlarını azad etdikdən sonra sülh əlini Ermənistana uzatdı. Həm ərazi bütövlüyümüz bərpa olundu, həm də sülh naminə təşəbbüs göstərdik".
Ekspert 8 avqustda baş tutan görüşdə ABŞ-nin faktiki olaraq təminatçı rolunda çıxış etdiyini söyləyib:
"Həmin vaxta qədər iki dövlət arasında sülh sazişi ilə bağlı danışıqlarda ciddi irəliləyiş əldə olunmuşdu və sadəcə iki əsas məsələ qalmışdı. Bunlar Ermənistan konstitusiyasında müvafiq dəyişikliklərin edilməsi və ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması ilə bağlı məsələlər idi. 8 avqust görüşündə iki dövlət başçısı bu problemlərlə əlaqədar birgə bəyanat imzaladılar. Trampın bu prosesi qeyd etməsi, şübhəsiz ki, Ermənistan-Azərbaycan münasibətlərinin daha da intensivləşməsinə təkan verəcək. Qarşıda birgə infrastruktur layihələrinin həyata keçirilməsi və kommunikasiya xətlərinin blokadadan çıxarılması planlaşdırılır.
Azərbaycan artıq bu istiqamətdə ilk addımı atıb. Prezident İlham Əliyevin Qazaxıstana səfəri zamanı verdiyi bəyanata əsasən, Azərbaycan yolları blokadadan çıxarır. Bunun nəticəsində Ermənistanın Qazaxıstandan ixrac etdiyi taxıl məhsulları artıq Azərbaycan ərazisindən tranzit kimi keçəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi