
"USAİD ölkələrin daxili işlərinə qarışır”
Yusif Nəzərli
13:34 03.04.2023
Aktual
623
"Guya USAİD və ona bənzər institutlar digər ehtiyacı olan ölkələrə köməklik göstərmək istəyir, inkişaflarına təkan verməyə çalışırlar".
Bunu "Sherg.az"a politoloq Tofiq Abbasov USAİD-nin humanitar missiya adı altında siyasi təbliğatla məşğul olmasından danışarkən söyləyib. Onun sözlərinə görə, lakin bu təşkilatlar sadəcə müdaxilə funksiyası ilə fəaliyyət göstərirlər:
"Daxili işlərə qarışır, bu və ya başqa prosesləri öz istədikləri məcraya yönəldir, ölkədaxilində insanların şüuruna nüfuz etmək niyyəti güdürlər. Çünki USAİD hər hansı bir ölkədə işləyirsə, fəaliyyət göstərirsə, deməli, o, yerli əhalidən də könüllülər cəlb edir. Hətta özünün ştat cədvəlinə də həmin insanları qatırlar. İstər-istəməz amerikalıların təsiri altında fəaliyyətə başlayırlar. Bu prosesin özündə də artıq psixoloji təsir göstərmə imkanları artır. Nəhayət çalışırlar ki, ətraflarını yerli əhali ilə özünəməxsus tərzdə formalaşdırsınlar. Yəni pikniklərə aparırlar, korporativ görüşlər təşkil edirlər. Bunlar ondan xəbər verir ki, ABŞ-ın demokratiya adı altında başqa dövlətlərin siyasətinə təsir göstərmək istəkləri yalnız öz məqsəd və ehtiyaclarından irəli gəlir. Çünki görürük ki, həmin ölkələrdə tez-tez inqilablar olur.

Hakimiyyət bir o qədər də güclü görünmür. Təsir etmək imkanları gündən-günə güclənir. ABŞ həmin ölkələri özünə dost və hətta demokratik ruhda olan bir məmləkətlər kimi qarşılayır. Çox uzağa getməyək, elə onlardan biri Ermənistandır. Son hadisələrdə Ermənistanın Demokratiya Sammitinə dəvət olunduğunu gördük. Axı rəsmi İrəvanın hansı demokratik irəliləyişi, ənənələri, qazancları var ki, onu proseslərə cəlb edirlər?! Bu, yalnız Azərbaycan və Türkiyəyə gözdağı vurmaq niyyəti ilə atılan addımdır. Çünki Ermənistanda demokratiyadan əsər-əlamət yoxdur. Zorakılıq ənənəvi olaraq, bu ölkənin siyasi aləmində normaya çevrilib, parlamentlərdə rəhbərlər gülləbaran edilib, küçələrdə dinc nümayişlərdə atəşlər açılıb. Bunlar demokratiyanın təzahürləridirmi!? Əlbəttə ki, yox. Bəlkə də onların bəzi proqramlarına ehtiyacımız var. Həmin proqramlar üzrə fəaliyyətlərini davam etdirmələrinə şərait yaratmışıq. Amma hədlərini aşıb, Azərbaycanın daxili işlərinə, proseslərinə müdaxilə etməyə, təzyiqlərini artırmağa çalışacaqlarsa, artıq ölkəmizdən xaric edilmə məsələsi gündəmə gələ bilər".
T.Abbasov bildirib ki, Azərbaycan artıq bir çox problemlərin həllini öz gücü ilə həyata keçirib:
"USAİD-nin isə bəzi ölkələrdə fəaliyyəti həm də qalmaqalla müşahidə olunub. Məsələn, Çin Xalq Respublikası, İran və digər bir çox dövlətlərdən biabırçıcasına qovulublar. Çünki hədlərini aşıblar. Bəyan etdikləri məqsəd və məramlardan kənara çıxıblar. İnanmıram ki, bizdə belə bir dönüş olsun. Amma USAİD Azərbaycan hökumətinin mövqeyinə, dövlətimizin maraqlarına diqqət və böyük ehtiram hissi ilə yanaşmalıdır. Əks təqdirdə, əlbəttə ki, Azərbaycandan xaric edilə bilərlər".
Qeyd edək ki, ABŞ və Avropanın bir çox siyasi institutları, hüquq-müdafiə təşkilatları Azərbaycanda uzun zaman fəaliyyət göstəriblər. Bəziləri indi də işlərini davam etdirirlər. Dövlətimiz onların fəaliyyətinə daim imkan yaradıb. Lakin təcrübə göstərir ki, başda USAİD olmaqla ABŞ hökumətinə bağlı və guya müstəqil olan bu cür təşkilatlar siyasi proseslərə müdaxilə və gedişatı manipulyasiya edir. Həmçinin cəmiyyəti çaşdırmaqla dövlətçilik prinsiplərini zəiflətmək məqsədi güdürlər. ABŞ-nin maliyyə yardımı adı altında çevriliş və xaos üçün münbit şərait yaratmaq səyləri hələ də davam edir. Qərb, Rusiya və İranın şəbəkələri darmadağın edildikdən sonra boş qalan yeri yenidən Qərb təsisatlarının doldurmasına cəhdlər göstərilir. Bu fəaliyyətə indi USAİD və onun qatı ermənipərəst rəhbəri Samanta Pover başçılıq edir. Adıçəkilən təşkilat 1991-ci ildən başlayaraq, Azərbaycanda da fəaliyyət göstərir. Rəsmi missiyası zəif inkişaf etmiş, ehtiyacı olan ölkələrə dəstək verməkdir. O dövrün Azərbaycanında fəaliyyət göstərməsi anlaşılan idi. Lakin indi ölkəmiz özü bir çox dövlətə yardım edir. Belə olduğu halda, USAİD-in ölkəmizdə fəaliyyətinə ehtiyac varmı?!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm