
İynə ilə öldürüləcəklər?- Sahibsiz itlərə qarşı İngiltərə modeli
12:32 22.05.2024
Cəmiyyət
953
Türkiyədə küçə itləriylə mübarizədə yeni qaydaların tətbiq ediləcəyi gözlənilir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, Türkiyənin hakim AK partiyası küçə heyvanları – sahibsiz itlərlə bağlı yeni qanun layihəsi üzərində hazırlıqları başa çatdlırıb. Layihə yaxın günlərdə baxılmaq üçün Türkiyə Böyük Millət Məclisinə göndəriləcək.

AKP-nin yeni qaydaların hazırlanmasında dünya təcrübəsinə istinad etdiyi açıqlanıb. Bu modellərdən biri də İngiltərə modelidir. Yeni qaydalara əsasən küçə heyvanları ilə bağlı İngiltərə modelinə bənzər bir üsul təklif edilir. Küçə heyvanlarının əvvəlcə sahibləndirilməsinə çalışılacaq. Bunun üçün 30 gün müddət təyin ediləcək. Bu müddət ərzində sahiblənilməyən küçə itləri yatırdılacaq. Hər bələdiyyə öz ərazisində olan heyvan sığınacaqlarındakı itlərin fotosunu internet səhifəsinə yerləşdirəcək və sahiblənmə elanı verəcək. İtlərin sahiblənməsi üçün 30 gün müddət veriləcək. Bu müddət ərzində sahiblənilməyən itlərsə xüsusi iynələr vasitəsiylə yatırdılacaq. AKP qaynaqları heyvanlara əziyyət edilməyəcəyini, isitfadə olunan iynələrin acısız, ağrısız olacağını bəyan edib. Yatırdılan köpəklərin yerinə sığınacaqlara küçədən toplanan başqa itlər yerləşdiriləcək. Sahiblənilən itlərə isə çip taxılacaq. Sığınacaqdan alınan itlərlə necə davranıldığına davamlı nəzarət ediləcək. AKP qaynaqları bu üsulun həyata keçiriiməsinə zərurət yarandığını, küçə itləri ilə bağlı vətəndaşlardan çoxsaylı şikayətlər gəldiyini açıqlayıb. Bildirilib ki, qısırlaşdırma, sığınacağa yerləşdirmə ilə küçə itləri problemini həll etmək mümkün deyil. Ona görə də itlərin yatırdılması ən uyğun üsul hesab edilir. Lakin AKP qaynaqlarından verilən açıqlamada “yatırdılmış itlərin yerinə sığınacağa küçədən toplana başqa itlər yerləşdiriləcək” ifadəsi, “yatırdılacaq – uyudulacaq” ifadələrinin əslində, iynə vurulmaqla itlərin öldürüləcəyi anlamı verir. Sığınacaq konveyer üsulu ilə işləyir ki bir tərəfdən itlər uyudulsun, harasa aparılsın, sonra onların yerinə başqa itlər gətirilsin, əvvəlkilər “oyanandan” sonra yenidən sığınacağa gətirllsin, bir də uyudulsun. Sadəcə, AKP yetkililəri “küçə itlərini incə bir şəkildə məhv edəcəyik”, söyləmir, “uyudacağıq” deyir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu, terror cəhdidir - İsrail XİN
21:50 30.09.2026
Gündəm
ABŞ-nin Tennessi ştatında qadın məhkumun edamı dayandırıldı
21:37 30.09.2026
Dünya
Aİ-nin XİN rəhbərləri Gürcüstanla bağlı müzakirə aparacaqlar
21:24 30.09.2026
Dünya
Fatih Terim siqareti necə tərgitdiyini danışdı
21:14 30.09.2026
Maraqlı
Moskvadan kəndə qayıtdı, 100 illik ata toxumu tapdı
20:36 30.09.2026
Maraqlı
Netanyahu təyyarədəki insidentdən danışdı
19:14 30.09.2026
Aktual
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq
19:07 30.09.2026
Sosial
ASELSAN Naxçıvanda zavod açacaq
18:45 30.09.2026
Siyasət
“Real”ın müdafiəçisi əməliyyat olunacaq
18:19 30.09.2026
Futbol
İranın Gürcüstandakı səfiri XİN-ə çağırıldı
17:57 30.09.2026
Region
Kərim Vəliyevlə İran generalı hərbi əlaqələri müzakirə ediblər
17:33 30.09.2026
Gündəm
Azərbaycanda “SİQR” pilotsuz quru robotu istehsal edilib - FOTO
17:02 30.09.2026
Hərbi