
Razi Abbasbəyli: Azərbaycan iqtisadiyyatında böyümə davam edəcək
10:52 24.09.2024
İqtisadiyyat
931
İqtisadi sahədə bu ilin göstəriciləri, hesab edirəm ki, müsbətdir. Səkkiz ayda iqtisadiyyat 4 faizdən çox artıb. Qeyri-neft sektorunda 7 faiz olub.
Bu sözləri Prezident İlham Əliyev VII çağırış Milli Məclisin ilk iclasındakı çıxışında söyləyib.
Son beş il ərzində Azərbaycanda minimum əməkhaqqının 2,7 dəfə, minimum pensiyanın 2,5 dəfə artdığını deyən dövlətimizin başçısı qeyd edib.
“Onu da bildirməliyəm ki, artıq göstəriş verildi ki, gələn ildən minimum əməkhaqqı və minimum pensiya yenə də artırılacaq”.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, "Son illər Azərbaycan iqtisadiyyatında daxili investisiya qoyuluşlarının həcmində nəzərə çarpacaq səviyyədə artımlar müşahidə olunur:

''Xüsusi ilə 2020-ci ildə işğal altında olan torpaqlarımızın azad edildikdən sonra Şərqi Zəngəzura investisiya yatırımlarının həcmində mühüm artımlar mövcuddur. Bütün investisiya qoyuluşları yeni iş yerlərinin yaranmasına, əlavə vəsaitlərin əldə edilməsi və göstəricilər baxımından ölkə iqtisadiyyatında genişlənməyə səbəb olub. Təbii olaraq torpaqların azad olunması ilə Azərbaycan iqtisadiyyatında 20-25 faiz artımın şahidi olduq. Bu nüans faktiki olaraq aqrar sektor üzrə tədarük göstəricilərinə də müsbət təsir etdi. 2022 ci ildən etibarən taxıl və dənli bitkilərin tədarük göstəricilərində Şərqi Zəngəzurun mühüm rol oynadığı görüldü. Torpaqlar minalardan təmizləndikdən sonra əkinə yararlı sahələrin daha da genişlənməsi aqrar sektor üçün ciddi irəliləyışlərə səbəb olacaq. Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycan iqtisadiyyatında böyümə davam edəcək. Azərbaycana investisiya qoyuluşlarında 2022-2023 illə müqayisədə ciddi artımlar var. 2024-cü ilin ilk 6 ayında bir neçə türk dövlətləri Şərqi Zəngəzura və digər regionlarımıza investisiya qoyublar. Bütün bunlar isə sevindirici haldır''.
Ekspert qeyd edib ki, hökümət mütəmadi olaraq Maliyyə Nazirliyinin inflyasiya proqnozlarını əsas götürərək əməkhaqlarını və pensiyaları bazarın tələblərinə uyğunlaşdırmağa çalışır:
''2025-ci il üçün inflyasiya proqnozu 8 faizin üzərində olacaq. Adətən, hər il yeni il ərəfəsində minimum əməkhaqları və pensiyaların baza hissəsində artımlar baş verir. Qeyd edim ki, artımlar inflyasiyadan çox olur. Məsələn, 2025-ci ildə 8 faizlik artım nəzərdə tutulursa, çox ehtimal, Azərbaycanda minimum əməkhaqları və pensiyalarda 14-17 faiz artım baş verəcək. Bu rəqəm bəzi sahələrdə 20 faiz ola bilər. Yəni, inflyasiya proqnozlarından 2 dəfə çox artıma qərar verilir ki, vətəndaşlar istehlak zamanı inflyasiyadan əziyyət çəkməsinlər. Hətta, ölkədə işsizlik səviyyəsi də azalıb. Ümid edirik ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatında inkişaf davam edəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
TÜRKPA Ermənistanda Türkiyə bayrağının yandırılmasını qınayıb
22:36 24.04.2026
Siyasət
Qalibafın istefası ilə bağlı xəbərlər təkzib olunub
22:19 24.04.2026
Gündəm
Netanyahu: İran məsələsində ABŞ-la tam koordinasiyadayıq
21:52 24.04.2026
Dünya
Kreml açıqladı: Putin ABŞ-a gedə bilər
20:29 24.04.2026
Gündəm
Rusiya və Çin müdafiə nazirləri əməkdaşlığı müzakirə ediblər
20:04 24.04.2026
Dünya
İsrail ordusu “Hizbullah” mövqelərinə zərbələr endirib
19:55 24.04.2026
Dünya
Dünyanın zirvəsinə gedən yolda gözlənilməz maneə
19:54 24.04.2026
Dünya
İran üç ölkəyə uçuşları bərpa edir
19:48 24.04.2026
Region
Lavrov: Qərb Rusiyaya müharibə elan edib
19:48 24.04.2026
Dünya
Qəhvə içib yatsanız nə olar? - ARAŞDIRMA
19:40 24.04.2026
Sağlamlıq
Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı
19:34 24.04.2026
Şou
Aİ səfiri Gürcüstan XİN-ə çağırılacaq
19:19 24.04.2026
Cənubi Qafqaz
Kosta: Aİ İrana qarşı sanksiyaların ləğvi perspektivini görmür
19:11 24.04.2026
Dünya
ABŞ müdafiə naziri: Hərbçilərimiz Nobel Sülh Mükafatını almalıdır
19:03 24.04.2026
Dünya
Netanyahu prostat xərçənginə görə əməliyyat olundu
18:56 24.04.2026
Dünya