Tramp Netanyahunu təhqir etdi: “Bizi sonsuz müharibələrə sürükləyir”
09:43 09.01.2025
Siyasət
580
ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp sosial şəbəkədə İsrailin baş naziri Binyamin Netanyahunu hədəf alan təhqiramiz paylaşım edib.
Sherg.az xəbər verir ki, Tramp sosial media hesabında iqtisadçı Ceffri Saksın Netanyahunu ABŞ-nin xarici siyasətini manipulyasiya etməkdə və Yaxın Şərqdə “sonsuz müharibələr” aparmaqda ittiham edən çıxışını paylaşıb.
Saks video qeydində Netanyahunun İraq və Suriyada müharibələrə başladığını iddia edərək, “Bu gün də Netanyahu bizi İranla müharibəyə sürükləməyə çalışır. O, bizi sonsuz müharibələrə sürüklədiyi üçün dərin qaranlıq bir orospu övladıdır” ifadəsini işlədir.
Saks iddia edir ki, Netanyahu 1995-ci ildən bəri İraq, İran və Suriyadakı müvəkkil hökumətləri hədəf alaraq Həmas və Hizbullahı məhv etmək üçün sistematik strategiya izləyir.
Saks həmçinin bildirir ki, ABŞ-nin keçmiş prezidenti Barak Obama Amerika kəşfiyyat agentliyi CIA-ya Suriya hökumətini devirmək üçün göstərişlər verib.
Məşhur iqtisadçının sözlərinə görə, ABŞ hökuməti faktiki olaraq Suriyaya Rusiyadan 4 il əvvəl daxil olub.
Trampın bu yazını niyə “Wall Street Apes” xəbər hesabından yenidən dərc etdiyi hələ də aydın deyil.
Tramp və Netanyahu arasındakı münasibətlər tarixən qarşılıqlı faydalı olsa da, çox vaxt gözlənilməz olub.
Ötən yay Tramp baş nazirin ABŞ-a səfəri zamanı Netanyahunu malikanəsində qonaq edib.
Lakin Tramp 2020-ci il seçkilərində məğlub olanda Netanyahunu Baydeni təbrik etdiyinə görə sərt şəkildə tənqid edib və Axios müxbirinə deyib: "O vaxtdan bəri İsrail lideri ilə danışmamışam. Onu unut."
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: Avropada qazın qiyməti son üç ilin maksimumuna çatıb
23:30 08.09.2026
İqtisadiyyat
Ukraynaya xoş xəbər - Leyen bəyan etdi
23:10 08.09.2026
Gündəm
Peru ABŞ-ın təsis etdiyi “Amerika Qalxanı” alyansına qoşulub
22:47 08.09.2026
Dünya
Antalyada meşə yanğınları evlərə çatdı - 151 nəfər təxliyə edildi
22:24 08.09.2026
Hadisə
Gəncə prospektində elektrik transformatoru yanıb
22:22 08.09.2026
Hadisə
Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı
21:21 08.09.2026
Son dəqiqə
İlin ən yaxşı futbolçusu adına namizədlər bəlli oldu
21:10 08.09.2026
Futbol
Rusiya və Ukrayna arasında enerji atəşkəsi əldə oluna bilər
20:58 08.09.2026
Aktual
Ukrayna XİN: Bu ay Trampla Zelenski arasında görüş gözlənilir
20:21 08.09.2026
Dünya
Balaxanıda yanğın baş verib - VİDEO
20:07 08.09.2026
Hadisə
ABŞ Rusiya-Ukrayna müharibəsində ikibaşlı oyun qurub - TƏHLİL
20:00 08.09.2026
Gündəm
Şəkidə istirahət mərkəzində qurğunun trosu qırılıb, 2 nəfər ölüb
19:27 08.09.2026
Hadisə
Suraxanıda 14 kq narkotik aşkarlanıb
19:14 08.09.2026
Hadisə
Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi
19:00 08.09.2026
Cəmiyyət