BMT Ağdamdakı mina partlayışını araşdıracaq
Yusif Nəzərli
20:55 02.04.2025
Siyasət
421
Minalar səbəbindən insanların yaralanmasından çox narahatıq.
Sherg.az xəbər verir ki, bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik Report-un sualını cavablandırarkən deyib.
S.Düjarrik bu gün Ağdam rayon sakininin piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alması ilə bağlı araşdırma aparacağını bildirib.
“Bu məsələni nəzərdən keçirəcəyəm. Biz dünən yenidən piyada əleyhinə minalara qarşı beynəlxalq müqavilələrin əhəmiyyətinə toxunduq. 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı Günü ərəfəsində bu mövzu ilə bağlı mətbuat konfranslarımız olacaq”, - sözçü qeyd edib.
Qeyd edək ki, bu gün Ağdam rayonunun işğaldan azad edilmiş Çəmənli kəndi ərazisində mina hadisəsi baş verib. 1968-ci il təvəllüdlü Ağdam rayon sakini Nurəddin Feyzi oğlu Abbasov heyvan otararkən keçmiş təmas xəttində minalardan təmizlənməmiş əraziyə daxil olaraq piyada əleyhinə minanın partlayışı nəticəsində ayağından xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib.
Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya
Fatih Terim MHP sədri Dövlət Baxçalını ziyarət edib
20:23 10.11.2026
Gündəm