Makron Ukrayna böhranında oyunçu rolunu oynaya bilməz -AÇIQLAMA
13:06 19.08.2025
Dünya
339
Fransa artıq uzun müddətdir ki, Britaniya və Almaniyanın siyasi çəkisinin kölgəsində qalır
Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüş üçün mümkün məkan kimi Cenevrəni təklif edib.
O, bu barədə TF1 telekanalına müsahibəsində bildirib.
Fransa lideri jurnalistin sualına cavab olaraq görüşün “2019-cu ildə olduğu kimi” Parisdə keçirilməsi ehtimalını rədd edib. O qeyd edib ki, vəziyyət “fərqli mərhələdədir” və “neytral ölkə” tapmaq lazımdır.
"Mən görüş üçün İsveçrə, Cenevrənin tərəfdarıyam. Yaxud başqa ölkə olacaq. Sonuncu dəfə Türkiyədə, İstanbulda ikitərəfli məsləhətləşmələr keçirilib".
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli Sherg.az-a deyib ki, Fransa liderinin ABŞ-də Ukrayna müharibəsi və sülh prosesinə dair aparılan danışıqlarda nüfuzlu və qərarverici fiqur sayıldığını hesab etmir:
"Emmanuel Makron dünən Ağ Evdə Tramp, Zelenski və Avropa liderlərinin iştirakı ilə keçirilən müzakirələrə yalnız ikinci raunddan qoşuldu. Bu fakt özü göstərir ki, o, Avropa adından yekun qərar verəcək əsas şəxsiyyət deyil. Əslində Fransa artıq uzun müddətdir ki, Britaniya və Almaniyanın siyasi çəkisinin kölgəsində qalır. Halbuki 5 il əvvələdək bu ölkə dünyanın ən böyük müstəmləkə imperiyalarından birinə sahib dövlətlərdən biri idi. İndi isə Fransa öz təsir dairəsini sürətlə itirir, beynəlxalq sistemdə rolunun zəifləməsi getdikcə daha qabarıq görünür. Xüsusilə Makron dövründə bu geriləmə prosesi daha da sürətlənib. Fransa mədəniyyəti və diplomatiyası tarixi ənənələrə malik olsa da, hazırda ciddi tənəzzül mərhələsinə qədəm qoyub".
Ekspert qeyd edib ki, Makronun beynəlxalq siyasətdəki çıxışları və bəyanatları daha çox informasiya kanallarına mesaj ötürmək xarakteri daşıyır:
"Onun real təsir imkanları məhduddur. Nə Ukrayna böhranında oyunçu rolunu oynaya bilir, nə də Avropa siyasətinə yeni bir xətt gətirmək gücünə malikdir. Bəlkə Makron Avropada köynəyini dəyişdirib, Almaniyadan fərqli bir xətt yürüdəcək, yoxsa Ukraynaya söz keçirə biləcək"?!
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Hövsanda dənizdə batma 13 yaşlı qızın meyiti sudan çıxarılıb
16:25 27.07.2026
Hadisə
Putin: Rusiya Ukraynaya dair qarşısına qoyduğu məqsədlərə çatacaq
16:08 27.07.2026
Dünya
Netanyahu Trampla görüş üçün Vaşinqtona yola düşüb
16:01 27.07.2026
Dünya
Hindistan Ukrayna səfirini çağırdı
15:20 27.07.2026
Dünya
İran husilərə dəstəyi dayandırır
14:58 27.07.2026
Gündəm
Şaraa: Suriya Livana hərbi müdaxilə etməyəcək
14:50 27.07.2026
Dünya
Portuqaliya sahillərində 2,6 tondan çox kokain müsadirə edilib
14:42 27.07.2026
Dünya
İrana gəldilər - “ABŞ ilə quru müharibəsinə hazırlaşırıq”
14:33 27.07.2026
Dünya
İran Britaniyanın məsuliyyətə cəlb olunmasını tələb etdi
14:33 27.07.2026
Gündəm
Azərbaycanda miqrasiya prosedurları elektronlaşdırıldı
14:05 27.07.2026
Gündəm
Azərbaycan İstanbula yeni baş konsul təyin edib
13:40 27.07.2026
Gündəm
Kraudfandinq fəaliyyətinin hüquqi çərçivəsi müəyyən edilib
13:26 27.07.2026
Rəsmi