Çin 40-dan çox ölkə vətəndaşları üçün vizasız rejimi uzadıb
02:32 04.11.2025
Dünya
388
Çin 40-dan çox ölkənin vətəndaşları üçün tətbiq etdiyi birtərəfli vizasız rejimin müddətini 2026-cı ilin 31 dekabrınadək uzadıb.
Teleqraf xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.
Vizasız rejim Fransa, Almaniya, İtaliya, Niderland, İspaniya, İsveçrə, İrlandiya və Macarıstan kimi ölkələrin adi pasport sahiblərinə şamil olunur. Bu vətəndaşlar turizm, işgüzar səfər, dost və qohum ziyarəti, mədəni mübadilə və ya tranzit məqsədilə Çinə vizasız daxil ola biləcəklər.
Bildirilir ki, bu ölkələr üçün vizasız rejimin müddəti bu ilin sonunda başa çatmalı idi, lakin 2026-cı ilin sonuna kimi uzadılıb. Yenilənmiş siyahıya əlavə olaraq İsveç də daxil edilib. İsveç vətəndaşları da 2025-ci il noyabrın 10-dan etibarən 2026-cı ilin sonunadək Çinə vizasız səfər edə biləcəklər.
Vətəndaşların vizasız Çində qalma müddəti 30 günədək müəyyən edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Türkiyə Ukrayna və Rusiyaya Qara dənizlə bağlı yeni təkliflər verib
17:25 31.08.2026
Dünya
Tramp İranı hədələyib: Onları çox sərt vuracağıq
17:04 31.08.2026
Gündəm
Azərbaycanda siqaret istehsalı 18%-ə yaxın artıb
17:04 31.08.2026
Sosial
Sahibə Qafarova Serbiyaya işgüzar səfərə getdi
16:56 31.08.2026
Gündəm
ABŞ Venesuela ilə dünya tarixində ən böyük neft sazişini bağladı
16:50 31.08.2026
Gündəm
Hakan Fidan: Məkkə Müdafiə İttifaqı NATO-ya alternativ deyil
16:46 31.08.2026
Dünya
Plastik cərrahların sayı artdı
16:41 31.08.2026
Sağlamlıq
Pezeşkian: Ağıllı insan müharibədən uzaq durar
16:25 31.08.2026
Region
Sumqayıtda zəncirvari yol-nəqliyyat hadisəsi baş verdi
16:24 31.08.2026
Hadisə
“İran uçuruma doğru gedir, Pezeşkian bunu anlayır” - RƏY
16:17 31.08.2026
Siyasət
Benzema Messi ilə yenidən eyni liqada çıxış edə bilər
16:11 31.08.2026
Futbol
İran ordusu: Tramp Hörmüz boğazını ancaq yuxusunda görə bilər
15:57 31.08.2026
Gündəm
Paşinyan və Əliyevin Bişkek görüşünün detalları açıqlanıb
15:48 31.08.2026
Gündəm
Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda səfərdədir
15:45 31.08.2026
Gündəm