Arağın minimum qiymətinin müəyyənləşdirilməsinə dair şərtlər açıqlanıb
13:20 22.05.2025
İqtisadiyyat
477
Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi Qaydası təsdiq edilib.
Sherg.az-ın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.
Qərara əsasən, məhsulun pərakəndə satışına dair minimum qiymət qablaşdırma həcmlərinə uyğun olaraq müəyyən edilir. Pərakəndə satışa dair minimum qiymətin müəyyənləşdirilməsi üçün İqtisadiyyat Nazirliyinin müraciəti əsasında illik istehsal həcmi 60 min dekalitrdən və işçi sayı 30 nəfərdən çox olan məhsul istehsalçıları tərəfindən “Məhsulun pərakəndə qiymətinin kalkulyasiyası Forması” doldurularaq 15 (on beş) iş günü müddətində Nazirliyə təqdim olunur. Məhsulun pərakəndə satışına dair minimum qiymət istehsalçıların nəzərdə tutulmuş müddətdə müvafiq məhsul üzrə təqdim etdiyi pərakəndə satış qiymətlərinin ədədi ortası kimi müəyyən edilir. Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qərar Forma təqdim edildikdən sonra Nazirlik tərəfindən 1 (bir) ay müddətində təsdiq edilir və təsdiq edildiyi gündən 1 (bir) ay sonra qüvvəyə minir.
Məhsulun maya dəyəri 5 faizdən çox dəyişdiyi istehsalçıların minimum 50 faizinin müraciəti əsasında məhsulun pərakəndə satışına dair müəyyən olunmuş minimum qiymətə bu Qaydaya uyğun olaraq yenidən baxılır.
Məhsulun pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi barədə qəbul edilmiş qərar haqqında məlumat Nazirlik tərəfindən “İnformasiya əldə etmək haqqında” qnunun tələblərinə uyğun olaraq qiymətin qüvvəyə mindiyi tarixdən ən azı 30 (otuz) gün əvvəl verilir.
Bu tələb üzrə alkoqollu içki növü olan arağın illik istehsal həcmi 2030-2031-ci illər üzrə 80 min dekalitr, 2032-ci il yanvarın 1-dən 100 min dekalitr tətbiq edilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət