Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır. O cümlədən qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.
Ayrıca tədbirlər planı nəzərdə tutulur
05:52 28.10.2020
İqtisadiyyat
1257
Tezliklə Qarabağda yeni həyatın qayıtmasını müşahidə edəcəyik
Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu torpaqlarımızı uğurlu əməliyyatlarla işğaldan azad edir. Artıq belə yaşayış məntəqələrində dərhal infrastruktur layihələrinə də start verilib. Məlumata görə, ilk növbədə, yol çəkilişi, ardınca digər kommunal məsələlər nəzərdən keçirilir. İlk olaraq, infrastrukturun ana xətti olan yol tikintisinin həyata keçirilməsi üçün tapşırıq verilib.
Prezident İlham Əliyevin tapşırığına əsasən, Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının bərpasına başlanılır. O cümlədən qaz təchizatı üzrə layihələndirmə də gündəmdədir.
İqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş ərazilərimizin qısa zamanda bərpa olunması, həmin ərazilərə sərmayələrin cəlb olunması prioritet olaraq qalmaqdadır. Ekspert vurğulayıb ki, işğaldan olunan ərazilərimizdə kommunal xidmətlərin yenidən qurulması ilə bağlı yeni gücləndirilmiş işlər aparılır:
"Bu yollar bizim üçün tarixi yollardır və onların çəkilməsinin tarixi, strateji əhəmiyyəti çox böyükdür. 30 ilə yaxındır o ərazilər işğal altındadır və o ərazilərdə infrastruktur demək olar ki, tamamilə sıradan çıxarılıb. Orada hər hansı infrastruktur layihələrinin həyata keçirilməsi üçün yolun çəkilməsi birinci növbədə vacibdir.
Bununla bağlı ölkə başçısının xüsusi tapşırığı var. Bir sıra kəndlərdə yollar bərpa edilir. Hazırda işğaldan azad olunan ərazilərimizdə aqrar sektorun inkişafı ilə bağlı müzakirələr gedir, planlar hazırlanır. Bütövlükdə işğaldan azad olunan ərazilərimizin iqtisadi baxımdan bərpası ilə bağlı ayrıca tədbirlər planının olacağı gözlənilir.
Bütün bunlar ondan xəbər verir ki, artıq bir aylıq savaş müddətində əldə etdiyimiz uğurlar bizim üçün yeni bərpa mərhələsi deməkdir. Bu da imkan verəcək ki, Azərbaycan iqtisadiyyatı yeni dövrə qədəm qoysun. Qarabağ Azərbaycan üçün vacib iqtisadi rayondur. Həmin ərazilər iqtisadiyyatımızın daha qısa zamanda qurulmasına imkan verəcək".
Ekspert vurğulayıb ki, bütün bunlar bir daha Azərbaycanın güclü dövlət olduğunu, onun strukturlarının yüksək şəkildə öz vəzifəsini həyata keçirməyə sadiq olduğunu göstərir:
"İşğaldan azad olunmuş rayonlarımızın elektrik enerjisinin bərpası istiqamətində də işlər gedir. Artıq planlama işləri üzərində ciddi araşdırmalar ortaya qoyulub.
Bu onun göstəricisidir ki, Azərbaycan həmin torpaqları əbədi olaraq işğaldan azad edir. Ermənistanın ən müxtəlif təxribatlarına, əks-hücumlarına baxmayaraq, bizim qəhrəman silahlı qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməkdədir.
Bu, Azərbaycan dövlətçiliyinin gücünü nümayiş etdirir və hər bir Azərbaycan vətəndaşında ciddi əminlik yaradır ki, həmin torpaqlar bundan sonra heç bir halda erməni tapdağında qalmayacaq. Tezliklə Qarabağda yeni həyatın qayıtmasını müşahidə edəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz
Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı
17:20 28.10.2026
Gündəm
Ramiz Mehdiyevin müsadirə edilən əmlakları - Siyahı
17:12 28.10.2026
Aktual
Azərbaycanda 17 min manata pişik satılır - FOTO
16:42 28.10.2026
Maraqlı
Özəl məhkəmə ekspertizasına nəzarət dəyişir - Əsas meyar açıqlanıb
16:38 28.10.2026
Aktual
Sabunçuda evdən 10 min manatlıq qızıl oğurlanıb
16:21 28.10.2026
Hadisə
“Nar” AzTU tələbələri üçün növbəti karyera planlaması təlimi keçirib
16:19 28.10.2026
Ölkə
Nazir Murat Kurum Ankara bələdiyyə başqanı Mansur Yavaşı qəbul edib
15:58 28.10.2026
Dünya
Putin: Bu ölkələr yeni dünya nizamını qəbul etmirlər
15:55 28.10.2026
Dünya
Azərbaycanda 2 minlik cərimə 50 manata endirilir
15:47 28.10.2026
Aktual
Ramiz Mehdiyev AMEA-dan qovuldu
15:07 28.10.2026
Cəmiyyət