“Azərbaycan bu problemin öhdəsindən gələ biləcək” - İqtisadçı
Banuçiçək Kalbalıyeva
13:26 04.04.2020
İqtisadiyyat
830
Koronavirus pandemiyasının iqtisadiyyata təsirini aradan qaldırmaq məqsədilə bütün dünya ölkələri zəruri addımlar atır. Sahibkarlara kompensansiyalar verilir, vətəndaşlara müxtəlif güzəştlər edilir...
Mahiyyət və məqsəd eyni olsa da, fərqli ölkələrin tətbiq etdiyi güzəştlər, həyata keçirdiyi tədbirlər müxtəlifdir. Bəziləri xarici dövlətlərin məsələyə münasibətini təqdir edərək, Azərbaycan hökumətinin atdığı addımları görməzdən gəlir.
İqtisadçı-ekspert Pərviz Heydərov isə düşünür ki, bu mövzuda müqayisələr aparmaq düzgün deyib. O, “Sherg.az”a deyib:
“Koronavirus bütün ölkələr üçün arzuolunmaz nəticələrə səbəb olacaq. Hökumət başçıları gözlənilən təsirləri aradan qaldırmaq və ya minimuma endirməkdən ötrü çalışırlar. Azərbayan məsələyə çox çevik münasibət bildirdi. Maliyyə Nazirliyinin hazırladığı 9 proqramdan ibarət paket qeyd etdiyim fikrin bariz nümunəsidir. Koronavirus bizə həm xaricdən, həm də daxildən zərbə oldu. Bir tərəfdən neftin qiyməti aşağı düşdü, digər tərəfdən isə müxtəlif məhsullara tələbat artdı, tibb sahəsinə qayğı prioritet məsələyə çevrildi. Odur ki, koronavirusla mübarizə üçün dövlət büdcəsindən ayrılan 1 milyard manat vəsaitin kifayət etməyəcəyini düşünürəm. Bizə ən azı 2.5 milyard manat lazım olacaq. Əgər pandemiya uzun çəkərsə, bu məbləğ daha da arta bilər. Bununla belə, inanıram ki, Azərbaycan bu problemin öhdəsindən gələ biləcək. Başqa ölkələrə baxmaq lazım deyil. Çünki ayrılan vəsaitin miqdarını, görülən tədbirləri şərtləndirən bir sıra amillər var ki, bunlardan ən başlıcası ÜDM-in nə qədər olmasıdır. Bu səbəbdən də başqaları ilə müqayisə aparmaqdansa, Azərbaycanın atdığı addımları qiymətləndirməyi məsləhət görərdim”.
Son günlər müzakirə olunan əsas məsələlərdən biri də günəmuzdla işləyənlərə kompensasiyaların verilməsidir. Hazırlanan proqramlarda qeyd olunub ki, əmək müqaviləsi olmayanlara kompensasiyalar verilməyəcək. Bu məqam bir çoxlarının narazılığına səbəb olub. P. Heydərovun fikrincə, bu, doğru addımdır:
“Azərbaycanda əmək müqaviləsi ilə işləyən 1 milyon 955 min muzdlu işçi var. Onlardan 950 mini dövlət və neft sahəsində çalışır. Bu insanlar üçün heç bir problem yoxdur. Dövlət onların əməkhaqlarını ödəyəcək. Amma qeyri-dövlət və qeyri-neft sahəsində çalışanlar üçün çətinliklər yarana bilər. Onların heç də hamısı qanuni yolla, yəni əmək müqaviləsi ilə işləmir. Dövlət isə ancaq əmək müqaviləsi ilə işləyənlərə güzəştlər edəcək. Belə də olmalıdır. Çünki vaxtında bəzilərinə əmək müqaviləsini imzalamaq barədə xəbərdarlıq ediləndə, buna əməl olunmayıb. Bir çoxları vergidən yayınmağa çalışırdı. Odur ki, qərar ədalətlidir. Onsuz da hamının könlünü xoş etmək mümkün deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xatəmi: İran Amerika ilə istənilən ssenari üzrə döyüşə hazırdır
14:03 24.08.2026
Dünya
Pakistan ordusunun feldmarşalı Trampa zəng etdi
13:24 24.08.2026
Gündəm
Məhkəmə Rüfət Səfərov barədə qərar verib
12:55 24.08.2026
Hadisə
Bəqai: Rəsmi Tehran Məkkə sazişinə qoşulmaqla bağlı təklif almayıb
12:42 24.08.2026
Gündəm
Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq
12:38 24.08.2026
Ekologiya
Bakıda mənzilini yandıran şəxs saxlanılıb
12:28 24.08.2026
Hadisə
Elm dünyasını şoka salan kəşf: Yeni orqan aşkarlandı
11:57 24.08.2026
Sağlamlıq
Erling Haaland uzun sarı saçlarını kəsdirib
11:35 24.08.2026
Futbol
Prezident İlham Əliyev Zelenskini təbrik edib
11:08 24.08.2026
Gündəm
İranda benzin bahalaşacaq
11:05 24.08.2026
Region
İranın qonşu ölkələrə hücumu ilə bağlı xəbərdarlıq edildi
10:37 24.08.2026
Dünya
Böyük Britaniyanın Baş naziri Kiyevə səfərə gedib
10:20 24.08.2026
Gündəm
Ukrayna Dağıstana hücum etdi
10:04 24.08.2026
Dünya
Pezeşkian: İran çökmədi, əksinə gücləndi
09:58 24.08.2026
Gündəm