Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
15:57 14.08.2020
İqtisadiyyat
1112
Azərbaycan İnvestisiya Holdinqinin Müşahidə Şurasının ilk iclası keçirilib
Avqustun 14-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) Müşahidə Şurasının sədri, Baş Nazir Əli Əsədovun rəhbərliyi və Şura üzvləri - Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Şahmar Mövsümovun, Azərbaycan Respublikası Prezidentinin köməkçisi–Natiq Əmirovun, İqtisadiyyat naziri Mikayıl Cabbarovun və Maliyyə naziri Samir Şərifovun iştirakı ilə ilk iclası keçirilib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Müşahidə Şurasının sədri və üzvləri göstərilən etimada görə Prezident İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.
Video müşavirədə Azərbaycan Respublikası Prezidentinin Fərmanından irəli gələn tapşırıqlar - korporativ idarəetmənin təşkili, səmərəli və şəffaf fəaliyyət, maliyyə sağlamlığının gücləndirilməsi, dayanıqlı inkişafın təmini və bəzi təşkilati məsələlər müzakirə olunub. Verilən tapşırıqların vaxtında və tam həcmdə icra olunması əsas tələb kimi qoyulub.
İqtisadiyyat naziri Mikayıl Cabbarov AİH-nin təşkilati məsələləri və funksional fəaliyyət istiqamətləri barədə çıxış edib.
Müşahidə Şurasının sədri AİH-nin fəaliyyətinin tezliklə təmin olunması üçün görüləcək tədbirlərlə bağlı tapşırıqlar verib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da keçirdiyi video müşavirədə dövlət şirkətlərinin iqtisadi fəaliyyətinin səmərəliliyinin artırılması üçün idarəetmənin təkmilləşdirilməsinə ehtiyacın olduğunu bildirib və Nazirlər Kabinetinə müvafiq işlərin görülməsi üçün müvafiq tapşırıq verib.
Avqustun 7-də Azərbaycan İnvestisiya Holdinqinin (AİH) yaradılması və Nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq Prezident Fərmanı imzalanıb.
Avqustun 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə AİH-in Müşahidə Şurasının (AİH MŞ) tərkibi təsdiq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya
Türkiyə-Azərbaycan əməkdaşlığına dair məsələlər müzakirə edildi
18:36 28.10.2026
Gündəm
İpoteka kreditlərinin verilməsi qaydaları dəyişib
18:17 28.10.2026
Gündəm
Azərbaycan və Tacikistan Məkkə Konvensiyasını imzalayıb
18:04 28.10.2026
Gündəm
Azərbaycanda aliment artırılacaq
17:57 28.10.2026
Sosial
TRIPP Ermənistanın sülhə gedən yolunu qısaldır - ŞƏRH
17:36 28.10.2026
Cənubi Qafqaz