Azərbaycanda ehtiyat fondlarından ayırmalar 7 dəfədən çox artıb

Bu ilin I yarısında Azərbaycanda dövlətə məxsus ehtiyat fondlarından 144,5 milyon manat vəsait ayrılıb.

"Report" Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 7,4 dəfə çoxdur.

Hesabat dövründə ölkə Prezidentinin ehtiyat fondundan 23,5 milyon manat, dövlət büdcəsinin ehtiyat fondundan isə 121 milyon manat ayrılıb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 89,5 % və 16,8 dəfə çoxdur.