Quraqlıq hadisəsi aqrar sığorta mexanizminə daxil edilə bilər.
Bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova Teleqraf-ın Cənub bürosunun hansı sığorta hallarının aqrar sığorta paketinə daxil ediləcəyi ilə bağlı sualına cavabda deyib.
"Aqrar Sığorta Fondu qarşıdakı dövrdə normativ hüquqi aktlara dəyişiklik əsasında əlavə olunan risklər və predmetlər barədə məlumatı açıqlayacaq. Təbii ki, cəmiyyətdən gələn çağırışlar quraqlıq hadisələrinin sığortanın əhatə dairəsinə alınmasını aktuallaşdırır", - deyə nazir müavini bildirib.