Azərbaycanın alma ixracından gəliri 9%-dən çox artıb

2026-cı ilin yanvar-iyun aylarında Azərbaycan 38 milyon 948.28 min ABŞ dolları dəyərində 47 min 867.55 ton alma ixrac edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında qeyd edilib.

Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyər baxımından 3 milyon 389.90 min ABŞ dolları (9.5%) çox, miqdar baxımından isə 2 min 753.82 ton (5.4%) azdır.

Yanvar-iyun aylarında alma ixracı ölkənin ümumi ixracının 0.24%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 0.70%-ni təşkil edib.