Banklar tövsiyyələrə əməl etmirlər: Zəng edib...
Turan
12:47 27.04.2020
İqtisadiyyat
1099
“Banklara deyilir ki, kredit borcunu vaxtında ödəməyən, ödəməni gecikdirən vətəndaşı cərimələməsinlər”
“Lakin bankların bu tövsiyyəyə əməl etmək məcburiyyəti yoxdur”
Mərkəzi Bank əhalinin banklara olan kreditləri ilə bağlı tövsiyyə xarakterli qərar qəbul edib. Qərara əsasən, banklara istehlak və biznes kreditlərinin gecikdirilməsi ilə bağlı 30 sentyabr tarixinə qədər müştərilərə faiz və cərimə yazılmaması tapşırılıp.
Vurğulanıb ki, banklar tərəfindən sahibkarların müraciəti və qarşılıqlı razılaşma əsasında bu kreditlərin müddəti artırıla bilər. Bu halda borcalanın maliyyə vəziyyətindən və kreditin restrukturizasiya edilməsindən asılı olmayaraq kreditin keyfiyyəti 30 sentyabr 2020-ci ilədək pisləşdirilməyəcək.
Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov deyib ki, Mərkəzi Bank banklara sadəcə tövsiyyə edir, onları nəyəsə məcbur etmir. Ə.Həsənovun sözlərinə görə, banklar tövsiyyələrə əməl etmirlər:
“Mərkəzi Bank 30 sentyabra kimi istehlak və biznes kreditlərinə görə, müştərilərə əlavə faiz hesablanmamasını istəyir. Banklara deyilir ki, kredit borcunu vaxtında ödəməyən, ödəməni gecikdirən vətəndaşı cərimələməsinlər. Amma 30 sentyabrdan dərhal sonra borc mütləq ödənməlidir. Ümumi götürəndə, bu tövsiyyə istənilən halda vətəndaşların, sahibkarların xeyrinədir. Lakin bankların bu tövsiyyəyə əməl etmək məcburiyyəti yoxdur”.
Ekspert vətəndaşlara banklara yazılı müraciət etmələrini tövsiyyə edib:
“Vətəndaş banka yazılı müraciət edərək bildirməlidir ki, fılan vaxta qədər kredit borcunu ödəmək imkanı yoxdur. Mərkəzi Bankın tövsiyyəsini əsas gətirərək, faiz hesablanmamasını xahiş etməlidir. Banklar yazılı müraciətlərə cavab vermək məcburiyyətindədir. Cavab verməyib, sussalar belə, bu da razılıq əlamətidir. Əgər müştəriyə konkret “yox” cavabı verilsə, o halda müvafiq qurumlara şikayət etmək lazımdır ki, banklar MB-ın tövsiyyəsinə əməl etmir. İndiki halda banklarla şifahi danışıqlara ehtiyac yoxdur, çünki bu, nəticə verməyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi